Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kişilər xoşbəxt insandır...

Kişilər xoşbəxt insandır...

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Həqiqətən də kişilər xoşbəxt insandır. Baxmayaraq ki, Yaradanın hökmü ilə hər kəs dünyaya eyni qaydada gəlir, lakin təəssüf ki, bu, elə həyata gələnə qədərdir. Həyatda artıq qaydalar dəyişir: insanlar qruplara bölünür, varlı-kasıb təbəqələr yaranır. Mənəvi hislər də insanları ayrı-ayrı qruplarda birləşdirir. Eləcə də baxmayaraq ki, dünyaya eyni qaydada gəlirlər, lakin insanlar bu həyatı fərqli şəkildə yaşayıb başa vururlar.

Elə bu fərqli yaşamaq fonunda kişi və qadınların fərqli həyatından söhbət açmaq istəyirəm. Xeyr, məqsədim nə onların maddi, nə də mənəvi tərəflərini analiz etmək deyil. Kişilərin çoxsaylı məsələlərdə qadınlardan fərqliliyindən yaranan xoşbəxtliklərindən söhbət açmaq istəyirəm.

Məsələn, gündəlik həyat...

Bunu müşahidə etməyən insan yoxdur ki, kişilərin gündəlik həyatı qadınlardan daha asandır. Daha doğrusu, onlar özlərinə qadınların verdiyi əziyyəti vermir, buna görə çox xoşbəxtdirlər. Məsələn, açılan yeni bir səhərdən başlayaq... Səhər açılır, hər kəs yuxudan oyanır və öhdəsində olan işin ardınca getmək üçün hazırlaşır. Kişilər sadəcə əl-üzlərini yuyur, təbii ki, təraş lazımdırsa, 3-5 dəqiqə ərzində həll edir, yemək yeyir, paltarını dəyişir və işinin ardınca evdən çıxır.

Qadınlarda evdən çıxmaq məsələsi bir qədər çətindir. Elə ki, qadın axşamdan sabah geyinəcəyi paltarı müəyyən etməyib, bu, səhər daha böyük məşəqqətə çevrilir. O, saçlarını formaya sala-sala nə geyinəcəyi barədə düşünür. Paltarın birini geyinir, birini çıxarır, lakin bir qərara gələ bilmir. Düşünür ki, makyaj edə-edə fikirləşim, görüm nə geyinirəm. Makyaj da bitir, lakin yenə də bir qərara gələ bilmir. Çox fikirləşir, yenə də birini geyinir, o birini çıxarır. Nə isə, sonda könüllü-könülsüz bir paltar geyinir, baxır ki, artıq yemək yeməyə də vaxtı çatmır, təcili evdən çıxır ki, işə yubanmasın və yaxud da hara gedəcəksə, heç olmasa, vaxtında çata bilsin.

Evdən çıxmaqla da iş bitmir. Mənzilbaşında baş verənlər isə bir başa olur. Oradakı qadınlar, onlar arasındakı müzakirələr, məsələn, kim bu gün daha gözəl geyinib, onun saçı yaraşıb, bunun saçı niyə bu gündədir, filankəs makyajını bu gün çox edib, filankəs tünd edib, yaraşıb, yaraşmayıb kimi neçə-neçə müzakirələr... Və qadınların hər birinin bu müzakirələrdə iştirakı, nəticə çıxarması və üstəlik icra edəcəyi vəzifəni də üstünə gəlsək, görün, onların bir günlük həyatında nələr baş verir? Bununla bitirmi, xeyr, bitmir. Onlar evə qayıdanda yenə də küçədə, nəqliyyatda, yolda, mağazada qadınlara baxır, yaxşı geyinənə, görünənə bənzəməyi qarşısına məqsəd qoyur, pis geyinənə, görünənə içində rişxənd edir. Evdə isə onları ev, mətbəx işləri ilə yanaşı, yenə də moda verilişləri, seriallar, hansı ki, bu serialları əsasən qadınların geyiminə baxmaq üçün izləyirlər, daha sonra isə yenə də sabah nə geyinəcəyəm, saçımı necə formaya salacağam, makyajı necə edəcəyəm, hansı çantanı götürəcəyəm dərdi...

Beləliklə, görün, xoşbəxt kişilərdir, yoxsa qadınlar? Makyaj dərd-səri, saç formaya salmaq, paltar seçimi olmayan kişilər, əlbəttə, xoşbəxt insanlardır.

Bununla bitirmi, əsla...

Kişilərdən bu cəhətlərdən çox fərqli olan qadınların, xeyr, bu geyim, makyaj məsələləri və bununla bağlı söhbətləri, təlaşları bitmir. Onlar vaxt tapan kimi mağazaları gəzir, yeni-yeni paltarlar, çanta və ayaqqabılar almağa can atır. “Online” alış-veriş platformaları hər birinin cib telefonuna yüklənib. Onlar hər gün heç olmasa bir neçə dəfə “trendləri” izləyir, nəyin dəbdə olduğuna baxır. Hansı firmadan nə alacağını öz “favorisinə” yükləyir. Məqam gözləyir ki, maaşını alsın və yaxud da həyat yoldaşı ona pul versin, o da dərhal həmin məhsulu alsın. Axı qarşıda qızlarla, rəfiqələri ilə görüşlər var, yeni paltarlar lazımdır ki, hər dəfə onların qarşısına yeni görünüş ilə çıxa bilsin.

Beləliklə də onların bir günlük həyatı, bax, belə təlaş, qaçaqaç içərisində keçir. Elə ki, evin iş-gücünü bir yanlıq etdilər, “votsap”dakı rəfiqələr qrupuna daxil olur, yarımçıq qalan məsələləri də burda müzakirə edirlər. Harada nə satılır, qiyməti neçəyədir, hansı mağazaya yeni mallar gəlib, nəyin haradan daha keyfiyyətlisini almaq olar, harada yaxşı dərzi var, yox, o dərzi baha tikir, filan dərzi həm yaxşı, həm də münasib qiymətə tikir kimi bitməyən-tükənməyən söhbətlər...

Və yaxud da kosmetik məhsullar haqqında saatlarla söhbətlər gedir. Hansı krem, allıq, dodaq boyası yaxşıdır, hansı ətrin qoxusu daha çox qalandır və hansı nəmləndirici daha effektiv nəticə verir və sair kimi gün ərzində demək olar ki, bir-birindən rəngarəng mövzular müzakirə olunur və səhəri gün qadınlar mağazalara yollanır ki, həmin məhsulları əldə etsinlər.

Müasir dövrümüzdə isə daha bir məsələ də qadınların bir günlük həyatının baş mövzusuna çevrilib. Bu məsələ də həm iş yerlərində, həm nəqliyyatla, həm qonşular, həm də “votsap” qrupları arasında müzakirə edilir. Estetik əməliyyatlar, qaş düzəltmə, dodaq böyütmə, saç uzatma, dırnaq qaynağı, dölğu, botoks, üz baxımı, saç baxımı və sair onlarla prosedur var ki, bunların hər biri haqqında saatlarla söhbətlər gedir. Yaxşı həkimlər, kosmetoloqlar, saç ustaları axtarılır. Tövsiyələrə əsasən qadınlar gün təyin edir, həmin həkim-kosmetoloqla görüşür, üzündə lazım olan əməliyyatları həyata keçirir. Və yaxud da qaşı, saçı, kirpiyi, dırnağı, nə bilim lazeri üçün saatlarla vaxt xərcləyir.

Qadınlar hələ görüşdükləri zaman da geyim, kosmetoloji əməliyyatlar onların söhbətinin baş mövzusu olur. Bir-birinə məsləhət verirlər ki, bəs sənin burnunda hökmən əməliyyat olmalıdır, qaşını bir qədər qalınlaşdır, sən niyə saçını filan rəngə boyamırsan, bu, sənə yaxşı yaraşar. Sənin buranda bu əməliyyatda, oranda o əməliyyata ehtiyac var kimi söhbətlər gedir. Və bütün bunlar qısa zamanda öz həllini tapır.

Lakin kişilərin “votsap”da dost qrupları olsa da, onların arasında geyimlə bağlı heç bir söhbət getmir. Onların söhbətinin mövzusu harada yığışaq, görüşək, filankəsin atası rəhmətə gedib, dəfnə gedək. Filan dostun ad günüdür, hədiyyə alaq, onunla görüşüb qeyd edək. Və yaxud da maşınla, telefonla bağlı söhbətlər.

Həqiqətən də kişilər çox xoşbəxt insanlardır. Çünki onların gündə bir paltar geyinmək, ona uyğun ayaqqabı, çanta seçmək kimi problemləri yoxdur. Və yaxud da qaş-kirpikləri, burunları, saçları, dırnaqları ilə bağlı qayğıları yoxdur. Elə bu səbəbdən də vaxtları çox olur. Onlar bu vaxtı dostları ilə maraqlı əyləncələrə, söhbətə, gəzintilərə ayırır. Qadınlar isə bütün bunları həyata keçirmək üçün geyimə, makyaja o qədər vaxt ayırır ki, zaman qısalır, istədiyi kimi əylənə, dincələ bilmir, sonra da başlayır şikayət etməyə. Kimdir günahkar? Bunu yaxşı olar ki, özləri boş vaxt tapa bilsələr, düşünsünlər...

Toy mərasimləri: kişilər və qadınlar...

Kişi və qadınların hansının xoşbəxt olması toylarımızda daha çox məlum olur. Məsələn, yaxın qohumlardan birinin toyu olacaq. Gəlin, baxaq, bu toy mərasimi üçün kişi necə hazırlaşır, qadın necə hazırlaşır?

Kişi həyat yoldaşına deyir ki, mənim filan kostyumuma, filan köynəyimə bax, hazırla, vəssalam.

Qadınlar nə edir? Toyun vaxtı məlum olan kimi gözəllik salonuna yazılmaq lazımdır, çünki yerlər dolur, əlindən çıxa bilər. Elə ki, salona yazıldı, “nə geyinəcəyəm?” problemi ortaya çıxır. Hansı ki, dolabda ondan artıq paltar var. Həyat yoldaşı deyəndə ki, onlardan birini geyin, deyir, sən nə danışırsan, onu görüblər axı. Mən yeni paltar geyinməliyəm. Bunun üçün də başlayır mağazaları gəzməyə. Buradan ürəyi istəyən paltarı tapa bildisə, çox gözəl, başlayacaq ona uyğun ayaqqabı və çanta tapmağa. Elə ki, uyğun paltar tapa bilmədi, başlayacaq moda kataloqlarını səhifələməyə. Və yaxud da bunun üçün “online” moda jurnallarını vərəqləməyə. Aha, xəyalındakı paltarı tapdı. Necə etsin, axı bu satışda yoxdur. Nə etməli? Parça mağazalarına gedib parça almalı və dərziyə bu paltarın eynisini tikdirməli. Beləliklə, qadın ən birinci dərziyə getməli olur. Paltarın fotosunu göstərib, dərzidən hansı parçanı və neçə metr almasını soruşur. Dərzinin tövsiyəsindən sonra üz tutur mağazalara. Hansında bu rəngi, bu materialı tapacaq, o da qalır Allaha. Bəlkə də gün ərzində 5-6 parça mağazası gəzəndən sonra oxşar parçanı tapır və aparıb dərziyə verir. Ölçülər götürülür, sonra uyğunluğa baxılır, daha sonra son hazırlıq. Beləliklə, 4-5 dəfə də dərziyə gedib-gəlməli olur və nəhayət, paltarı götürür. Gətirir evə, bir dəfə də özü ütüləyib asır dolabın önünə ki, qırışmasın. Dərzi paltarı tikərkən isə qadın parçadan bir hissə ilə mağazaları gəzib paltara uyğun ayaqqabı-çanta axtarır. Bunları da aldıqdan sonra, hə, dərindən bir nəfəs alır ki, deyəsən, işlərim bitir.

İş hara bitir? Qadının toy qabağı saç, üz, dırnaq, lazer və sair kimi 10-na yaxın baxımları var. Ona görə də nə etməli, bunların hər birini bir günə salıb həll etməli. Beləliklə, toy gününədək qadın bəlkə10-15 gün ard-arda evdən çıxmalı, bu işlərin ardınca getməli olur. Toy günü isə salona getmək, saçı, makyajı həll etmək, evə qayıdıb geyinmək və toya yollanmaq.

Lakin kişilər nə edir bu toy ərəfəsində? Heç nə, öz gündəlik işləri ilə məşğul olur, dostlarla görüşür, evin onun üzərində olan işlərini həll edir. Toya bir neçə saat qalmış isə üzünü təraş edir, paltarını geyinir, ətrini vurub yollanır toya.

İndi siz deyin, kimdir xoşbəxt: kişilər, yoxsa qadınlar?

Bəlkə də deyən olacaq ki, geyinmək, bəzənmək qadınları xoşbəxt edir. Bəli, edir, buna söz yox. Lakin axı çoxlarımız bu geyinmək, bəzənmək məsələsində ifrata varırıq. O qədər ifrata ki, o, bizim günlərlə vaxtımızı əlimizdən alır. Evdəki paltarla, ayaqqabı-çanta ilə razılaşmırıq. Saçımızı, qaş-kirpiyimizi bəyənmirik, süni üsullarla yeniliklər edirik. Dırnağımızı qaynaq edib özümüzü xəstəliklərin ağuşuna atırıq. Günlərlə vaxtımızı paltar səhifələrində, mağazalarında keçiririk. Bəli, xoşbəxt ola bilərik. Lakin xoşbəxtlik üçün bu, dəridən-qabıqdan çıxmaq deyilmi? Axı çoxsaylı ev işləri də qadınların üzərindədir. Bunları çatdırmaq da lazımdır axı.

Son qənaət

Mənimlə razılaşan olar ki, qadın bu xarakteri ilə yalnız özünə əzab-əziyyət verir. Kişilər isə öz sadə xarakterləri ilə daha çox sosiallaşır, özünə daha çox vaxt sərf edir. Heç nəyin yoxluğu dərdini çəkmir, geyimi özünə dərd etmir. Allah nə verdi geyinir, nə verdi yeyir, çəkilir bir kənarda istirahət edir. Nə işə yubanır, nə dostlarla görüşə. Nə hər gün hansı paltarı geyinim, nə də hər toya yeni geyim geyinim kimi dərdləri var.

Odur ki, həqiqətən, kişilər çox xoşbəxt insanlardır. Qadınlar isə bütün bunlarla özlərini xoşbəxt hiss etsələr də, bu xoşbəxtlik onlara baha başa gəlir.

Allah-təala hər kəsi eyni qaydada dünyaya bəxş edir. Lakin hər kəs eyni cür yaşamır: ya yaşaya bilmir, ya da yaşamaq istəmir. Məhz özü həyatını ya asanlaşdırır, ya da çətinləşdirir.

Və sonda belə bir qənaətə gəlmək olur: qadın olmaq çox çətin məsələdir.

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see216

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see141

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see139

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see131

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri