Icma.az
close
up
RU
Kişiləri ailədən xanımları soyudur BİLMƏDİKLƏRİMİZ

Kişiləri ailədən xanımları soyudur BİLMƏDİKLƏRİMİZ

Icma.az bildirir, Modern.az portalına istinadən.

İllər keçsə də, texnologiya inkişaf etsə də, kişilərin uzunmüddətli seçim meyarları radikal şəkildə dəyişmir. Kişinin hansı qadından xoşlanması ilə hansı qadının yanında qalması fərqli məsələlərdir.

Bu fərq ən çox evlilikdən sonra üzə çıxır. Psixoloqlar bildirir ki, kişi ilkin mərhələdə emosional cazibəyə reaksiya verir. Görünüş, davranışın cəlbediciliyi, sosial aktivlik ön plana çıxır. Lakin evlilikdən sonra prioritetlər dəyişir. Burada artıq gündəlik həyat, davranış uyğunluğu və daxili komfort əsas rol oynayır. Kişi uzunmüddətli münasibətdə rahatlıq axtarır.

Araşdırmalar göstərir ki, kişilər sonadək daha çox konflikt yaratmayan qadınların yanında qalırlar. Bu, zəiflik kimi qəbul edilməməlidir, psixoloji ehtiyacdır.

Kişi üçün ev təhlükəsiz zona olmalıdır. Daim mübahisə olan məkanda kişi emosional olaraq uzaqlaşır. Bu, mədəniyyətdən asılı olmayan universal tendensiyadır.

Evlənmədən əvvəl kişi azadlığı romantik risk kimi görür. Evləndikdən sonra isə stabillik əsas dəyərə çevrilir. Burada qadının davranış modeli həlledici olur. Qadının hər addımda müqavimət göstərməsi münasibəti formal səviyyəyə endirir. Bu, sevginin bitməsi ilə yanaşı, münasibətin funksional çöküşüdür.

Münasibət sosiologiyasında “emosional rəhbərlik” anlayışı var. Bir çox cəmiyyətdə bu rol qeyri-rəsmi şəkildə qadına verilir. Lakin kişi özünün ailə daxilində təsir gücünü hiss etmədikdə psixoloji narahatlıq yaşayır. Bu narahatlıq zamanla məsafəyə çevrilir.

Türkiyədə necədir…

Türkiyə nümunəsinə baxaq. Qardaş ölkədə ailə modeli yarı-mühafizəkar xarakter daşıyır. Kişilər emosional olaraq güclü qadınları bəyənirlər. Lakin ailədə son sözü demək ehtiyacı hələ də qalır. Türkiyədə kişi öz sözünün ailə içində dəyər görməsini istəyir. Bu dəyər itəndə münasibət gərginləşir.

Avropada vəziyyət daha fərqlidir...

Burada gender bərabərliyi institusional səviyyədə mövcuddur. Lakin praktikada kişilər yenə də emosional liderlik gözləyir. Avropalı kişilər açıq şəkildə “itaət” istəməsə də, uyğunlaşma gözləyirlər. Daim fərqli istiqamətə gedən tərəfdaş uzunömürlü olmur.

Yaponiya isə maraqlı model təqdim edir...

Yapon ailəsində qadın evin daxili sistemini idarə edir. Lakin kişi ictimai və strateji qərarların simvolik sahibidir. Bu balans pozulanda ailə dağılır. Yaponiyada qadının uyğunlaşması sədaqət kimi qəbul olunur.

Rusiyada necədir…

Rusiya modelində emosional ziddiyyətlər daha kəskindir. Rus kişisi güclü xarakterli qadınlardan təsirlənir. Amma gündəlik həyatda itaətsizlik uzunmüddətli problem yaradır. Bu səbəbdən Rusiya ailələrində formal evliliklər çoxdur.

Azərbaycanda necədir…

Azərbaycanda isə ənənə ilə modernlik arasında gərginlik var. Azərbaycan kişisi müasir qadını bəyənir. Lakin ailə daxilində klassik rolların qorunmasını istəyir. Bu paradoks münasibətlərdə əsas konflikt mənbəyidir

Dünya təcrübəsində sınanmış bir sosial model var. Qadın həyat yoldaşının sözünə hörmət etdikdə münasibət stabilləşir. Bu hörmət kor-koranə itaət demək deyil. Bu, qarşı tərəfin psixoloji ehtiyacını anlamaqdır. Qadın kişinin dediklərini geyimdə nəzərə aldıqda kişi özünü dəyərli hiss edir. Bu, qadının azadlığının itməsi deyil. Bu, münasibətdə balansın qorunmasıdır. Kişinin xoşladığı davranışlara diqqət yetirildikdə bağ güclənir. Əks halda münasibət ya daimi mübahisə formasını alır, ya da formallığa çevrilir. Bir evdə yaşayıb fərqli dünyalarda olmaq prosesi başlayır. Bu isə ailənin psixoloji sonudur.

Nəticə olaraq demək olar ki, kişilər romantik xəyallarla yox, gündəlik rahatlıqla qalırlar. Sevgi davam edə bilər, amma davranış uyğunluğu yoxdursa, münasibət davamlı olmur. Bu reallıq nə qadını alçaldır, nə də kişini üstün edir. Bu, sosial psixologiyanın dəyişməyən qaydasıdır.

Sevinc MƏHƏRRƏMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri