Kişiləri meşəyə görüşə çağırıb şantaj edən qadın və dəstəsi tutuldu
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Ankara şəhərində kişiləri intim münasibət vədi ilə aldadaraq qarət edən qadın və onun əlbir olduğu 4 kişi saxlanılıb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, qadın sosial şəbəkələrdə tanış olduğu kişiləri meşəlik əraziyə görüşə çağırıb.
Görüş zamanı qadının əri və qohumları olduqlarını deyən şəxslər ortaya çıxaraq zərərçəkənləri silahla hədələyib, çəkdikləri görüntülərlə onları şantaj ediblər. Şübhəlilər zərərçəkənlərin bank hesablarındakı pulları ələ keçirib, onların adlarına kredit götürüb və bank kartlarından ödənişlər ediblər.
Eyni üsulla 7 nəfərə qarşı cinayət törətməkdə şübhəli bilinən 5 nəfər meşəlik ərazidə cinayət başında yaxalanıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 26 Noyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















