Ukraynada səfərbərliklə bağlı yeni iddia: kişiləri belə şantaj edirlər
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Ukraynada səfərbərlik üçün yeni üsul tətbiq etdiyi iddia olunub.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko özünün Telegram kanalında yazıb.
Onun sözlərinə görə, hərbi komissarlıq əməkdaşları kişiləri saxlayaraq sərhədyanı əraziyə aparır, daha sonra isə guya ölkədən qaçmağa cəhd etdiklərini iddia edərək onların şəkillərini çəkib şantaj edirlər:
“Bu, tək-tək baş verən hadisə deyil, artıq sistemli problemə çevrilib. Mən bununla mübarizə aparacağam”, – deyə Qonçarenko vurğulayıb.
Bundan əvvəl isə Dnepropetrovskda hərbi komissarlıq əməkdaşlarından birinin yoldan keçənlərlə mübahisə zamanı tapançadan atəş açdığı bildirilmişdi.
Məlumata görə, komissarlıq əməkdaşları bir kişini zorla mikroavtobusa mindirmək istəyib, hadisə yerində olan şəxslər isə buna mane olmağa çalışıblar./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:209
Bu xəbər 05 İyul 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















