Icma.az
close
up
RU
Kişilərin bayramda qadın paltarı geyinib şou göstərməsi adətimizə ziddir Folklorşunas

Kişilərin bayramda qadın paltarı geyinib şou göstərməsi adətimizə ziddir Folklorşunas

Icma.az, Modern.az saytına istinadən bildirir.

Son bir neçə ildə novruz bayramında sosial şəbəkələrdə Qazax rayonunda kişilərin, xüsusilə gənclərin qadın paltarı geyinərək əyləncə təşkil etməsini, oynamasını əks etdirən görüntülər yayılır. Bəs bu əyləncə haradan gəlir? Azərbaycan folklorunda buna rast gəlinirmi?

Modern.az mövzu ilə bağlı folklorşünas Elyar İslamoğlu ilə həmsöhbət olub.

Onun sözlərinə görə, müxtəlif regionlarda novruz bayramı ilə bağlı fərqli adət-ənənələrə rast gəlinir:

“Xüsusilə də Qazax rayonunda keçirilən adətlə bağlı artıq bir neçə ildir ki, videolar yayılır və geniş müzakirə olunur. Kişilər, xüsusilə gənc oğlanlar qadın geyimləri, yaxud müxtəlif geyimlər geyinərək çal-çağır edirlər. Amma Azərbaycan folklorunda bununla bağlı heçnəyə rast gəlmək olmur. Azərbaycan folklorunda yalnız kosa, keçəl və müəyyən bir dövrdən sonra bahara qızı obrazına rast gəlinir”.

Müsahibimiz bildirib ki, əsasən kosa və keçəl oynayaraq insanları əyləndirir, pay yığır və həmin payı imkansızlara paylanılır:

Günəşi çağırmaqla bağlı qodu-qodu oyunu oynanılır, bu zaman qırmızı çömçə bəzədilir. İnsanlar yallı gedir, rəqs edirlər. Amma kişilərin qadın geyimi geyinərək novruz əyləncəsi təşkil etməsi ilə bağölı Azərbaycan folklorunda bu günə qədər heçnəyə rast gəlməmişəm. Müxtəlif regionlarda belə adət-ənənələr müəyyən zaman kəsimində formalaşır və daha sonra nəsildən-nəslə ötürülərək yaşadılır”.

E.İslamoğlu qeyd edib ki, belə adət-ənənəyə əsasən Gürcüstanda yaşayan Azərbaycanlılar arasında rast gəlinir:

“Görünür Qazaxla Gürcüstan yaxın olduğu üçün kişilərin qadın geyim geyinərək əyləncələr təşkil etməsi formalaşıb. Amma ümumilikdə Azərbaycan folklorunda kişilərin qadın geyimi geyinərək hansısa "Novruz" bayramı əyləncəsi təşkil etməsinə rast gəlinmir. Sadəcə olaraq İlaxır çərşənbədə və bayram zamanı qapı-qapı düşən, qurşaq sallayan, baca-baca pay yığmaq üçün gəzən gənclər özlərini gizlədirdilər, onlar pay istədikləri ev sahibinə görünmək istəmirdilər. Həmin vaxt qadın geyimi deyil də, hansısa başqa geyim geyinirdilər ki, onları tanmasınlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Mart 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see351

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

29 Noyabr 2025 10:07see181

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see168

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see168

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see154

Zəngəzur dəhlizi Cənubi Qafqazın güc xəritəsini yenidən cızır TƏHLİL

29 Noyabr 2025 09:09see154

“Aristokrat” klinikasında QALMAQAL KONKRET

29 Noyabr 2025 09:10see143

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see136

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see136

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see135

Kiyevdə yaralananların sayı 16 ya çatıb YENİLƏNİB 2

29 Noyabr 2025 12:50see134

ABŞ bütün sığınacaq müraciətlərinə baxışı dayandırıb

29 Noyabr 2025 08:22see134

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see134

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see133

Tanınmış türk məşqçi Azərbaycanda işləmək istəyir

29 Noyabr 2025 08:27see132

Ödənişli yolda YENİLİK

29 Noyabr 2025 10:08see131

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see131

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see130

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see130

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri