Icma.az
close
up
RU
Kişilərin tez ölməsində qadınlar günahkardır? səbəblər açıqlandı

Kişilərin tez ölməsində qadınlar günahkardır? səbəblər açıqlandı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son vaxtlar sosial mediada, xüsusilə TikTok platformasında yayılan yarı zarafat, yarı ciddi bir fikir diqqət çəkir: kişilər qadınların çox “deyindiyi” üçün daha az yaşayır. Bu düşüncə həm gülüş doğurur, həm də kişilərin qadınlarla münasibətləri və ömür uzunluğu mövzusunda insanları düşündürür. Statistikalar da göstərir ki, kişilər qadınlara nisbətən daha tez ölürlər.

Bəs bu fərqin səbəbi nədir? Genetik, bioloji, sosial, psixoloji faktorlar kişilərin daha az yaşamasına təsir edirmi?

Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, bu, ancaq düşüncəsiz və bəsit fikirli insanların söyləyə biləcəyi bir sözdür.

O bildirib ki, kişi orqanizmi qadın orqanizmindən və xarakter baxımından fərqlənir:

“Hər iki cins emosiyalarını fərqli şəkildə yaşayırlar. Qadınlar ağlamağı, gülməyi, sevinməyi, kədərlənməyi büruzə verərək yaşayır, yəni duyğularını açıq şəkildə ifadə edirlər. Kişilər isə əksinə, hər şeyi daxillərində saxlayırlar. Bu, onların xarakterindən irəli gələn və cəmiyyətin onlara diktə etdiyi kişilik anlayışından qaynaqlanır. Məsələn, bizim ölkədə sevdiyini itirən kişilər ağlamır. Onlara elə tərbiyə verilib ki, kişilər ağlamaz, psixologiyalarını gizlətməlidirlər. Kişilər hətta ən xoş günlərində belə qadınlar qədər duyğularını ifadə edə bilmirlər, çünki yüngül görünməkdən qorxurlar. Kədərlərini, sevinclərini və digər insan xarakterinə xas xüsusiyyətləri içəridə saxlayırlar. Bu da təbii olaraq onların orqanizmlərində özünü göstərir”.

L.Mehralı vurğulayır ki, qadınlar duyğularını ifadə edərək qüssə və kədərini boşalda bilir, lakin kişilər bunları içində saxladığı üçün bu, sağlamlıq problemlərinə yol açır:

Həmçinin oxuyun:

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində zərərçəkənlər ifadə verdi

Lalə Mehralı

“Əzizi ölən qadın ağlayıb bütün kədərini və qüssəsini boşalda bilər, amma kişi göz yaşlarını içəridə saxlayır, emosiyalarını ifadə etmir. Bu, ürək xəstəlikləri və damar tıxanıqlığı kimi problemlərə səbəb olur. Elmi araşdırmalar da göstərir ki, kişilər emosiyalarını açıq şəkildə ifadə edə bilmədikləri üçün xəstələnməyə daha meyllidirlər. Biz qadınlar əsəbiləşəndə, qəzəblənəndə və ya kədərlənəndə deyinərək rahatlayırıq. Məsələn, hər 100 qadından 99-u əsəbi olarkən və ya gərginləşdikdə özünü ifadə edir, qəzəbini bu yolla çölə vurur, deyinir. Kişilərdə isə belə bir xüsusiyyət yoxdur. Biz də onlar kimi emosiyalarımızı daxildə saxlasaq, bizim də müxtəlif xəstəliklərimiz baş qaldırar”.

Sosioloq əlavə edir ki, ailənin bütün yükünün kişinin çiyinlərində olması da onların sağlamlığına mənfi təsir göstərir:

“Qadınlar ailədə problem yarandıqda həyat yoldaşına güvənir, ona arxalanır. Amma kişilər gün ərzində ailənin maddi və mənəvi məsuliyyətini daşıyır – uşaqların təhsil haqqı, ailənin ərzaq təminatı, evdəki problemlərin həlli və s. Kişilər hesab edir ki, bütün bu yükü öz üzərlərinə götürməlidirlər, çünki onlara belə tərbiyə verilib. Kişilik anlayışı onlara məsuliyyəti daşımağı diktə edir. Bu məsuliyyətin ağırlığı onların psixi və fiziki sağlamlığında problemlər yaradır və həyat müddətlərinin qısalmasına səbəb ola bilir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 İyul 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri