Hansı hallarda yorğunluq ciddi xəstəliklərdən xəbər verir? Rusiyalı həkimdən XƏBƏRDARLIQ
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qısamüddətli yorğunluq normaldır. Bu cür yorğunluq istirahətdən sonra keçir və yuxuya, iştahaya və əhvali-ruhiyyəyə təsir etmir, lakin bəzən halsızlıq sağlamlıq problemləri ilə əlaqəli ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Tatyana Qubina "Podmoskovye seqodnya" internet nəşri ilə söhbətində danışıb.
"Əgər halsızlıq həftələrlə davam edirsə, yatandan və istirahət etdikdən sonra insana yüngüllük gəlmirsə, bu, patoloji yorğunluqdan xəbər verə bilər ki, bu zaman həkimə müraciət etmək lazımdır", - deyə o xəbərdarlıq edib.
Mütəxəssis narahatlıq siqnalları kimi yorğunluq, çəki itkisi, baş gicəllənmə, təngnəfəslik, konsentrasiya pozğunluğu, qan təzyiqinin yüksəlməsi və ya ürək döyüntüsünü qeyd edib.
"Bu halda anemiya, qalxanvari vəzi pozğunluqları, şəkərli diabet, xroniki infeksiyalar, həmçinin D, B12 vitaminlərinin çatışmazlığını istisna etmək vacibdir", - deyə həkim bildirib.
Qubina qeyd edib ki, həddən artıq psixo-emosional yüklənmələr və emosional tükənmə xroniki streslərə səbəb ola bilər ki, bu da hormonların balansını, maddələr mübadiləsini və sinir sisteminin işini pozur. Onun sözlərinə görə, uzun sürən zəiflik ürək çatışmazlığı, depressiya və onkologiya daxil olmaqla, ciddi xəstəliklərin əlaməti ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 01 Noyabr 2025 07:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















