Kişineuda Azərbaycan nağılları kitabı rumın dilində təqdim edilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kişineu, 1 iyun, AZƏRTAC
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Moldovanın paytaxtı Kişineuda rumın dilində Azərbaycan nağılları kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyi və bu ölkənin nüfuzlu “Dornitsa” nəşriyyatının birgə təşkilatçılığı ilə nəşr olunan nağıllar kitabının təqdimat mərasimində xarici ölkələrin səfirləri və onların övladları da iştirak ediblər.
Səfir Ülvi Baxşəliyeva çıxışında bildirib ki, nağıllar hər bir xalqın mədəni irsinin vacib bir hissəsidir, müdrikliyi, adət-ənənələri və mənəvi dəyərləri nəsildən-nəslə ötürür.
“Azərbaycan folkloru ölkəmizin zəngin mədəniyyətində xüsusi yer tutur və bugünkü kitab oxuculara bu unikal irslə daha yaxından tanış olmaq imkanı təqdim edir. Bu kitabın hazırlanmasında və nəşrində iştirak edən hər kəsə, xüsusən də “Dorints”a Nəşriyyat Evinin rəhbərliyinə, eləcə də mədəni dialoqu dəstəklədiyinə və xalqlarımız arasında dostluq əlaqələrini möhkəmləndirdiyinə görə xalq nağılları layihəsinin direktoru Mariu Marinə təşəkkür edirəm”, - deyə səfir əlavə edib.
Daha sonra çıxış edən “Dorintsa” nəşriyyat evinin direktoru Dmitru Teutu, xalq nağılları layihəsinin direktoru Mariu Marin bu cür layihələrin ölkələr arasında mədəni dialoqun inkişafına töhfə verdiyini vurğulayıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 01 İyun 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















