Icma.az
close
up
RU
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi ŞOK TƏFƏRRÜAT

Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi ŞOK TƏFƏRRÜAT

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Abşeron rayonunda 1981-ci il təvəllüdlü Məmməd keçmiş həyat yoldaşı Simanı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.

Onların rəsmi nikahı Səbail Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qərarı ilə pozulsa da, birlikdə yaşamağa davam ediblər. Məmməd 18 sentyabr 2022-ci ildə məişət zəminində mübahisə zamanı Simaya yüngül dərəcəli bədən xəsarəti yetirib, evdən çıxaraq bibisi qızıgildə yaşamağa başlayıb.

Həmin il oktyabrın əvvəllərində tanımadığı şəxs Məmmədin mobil telefonuna zəng edərək özünü Simanın sevgilisi kimi təqdim edib və onu döyməsinə irad bildirib.

Məmməd oktyabrın 13-də saat 1 radələrində orta dərəcəli sərxoş vəziyyətdə keçmiş arvadı Simanı öldürmək qərarına gəlib. Mətbəx bıçağı götürərək Simanın yaşadığı Xırdalan şəhərindəki ünvana gəlib. Evin ikinci mərtəbəsində yataq otağına qalxanda onu görüb qaçmağa çalışan keçmiş arvadının saçından tutub və başqa şəxsə ərə gedəcəyini israrla bildirməsinə qəzəblənib. Əlindəki bıçaqla qadının döş qəfəsinə 2 zərbə vurub.

Sima aktiv müqavimət göstərərək növbəti zərbələrə imkan verməyib. Ətrafdakı şəxslərin davanın qarşısını alması, eləcə də Simaya vaxtında ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində onun həyatı xilas olunub.

İstintaq orqanı tərəfindən Məmmədin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam ölüdürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2019-cu ildən müəyyən səbəblərdən Sima ilə ayrılıb: “Bu hadisəni qısqanclıq zəminində törətməmişəm. Hadisə vaxtı sərxoş olmuşam.

Hadisədən əvvəl Simanı döymüşdüm. Sima da məndən şikayət etdiyi üçün barəmdə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə iş qaldırılıb Səbail Rayon Məhkəməsinə göndərildi. Sonuncu hadisədən bir həftə qabaq mənə zəng edən tanımadığım şəxs “sən kimsən Simanı döyürsən” deyəndə ondan kim olduğunu soruşdum. Simanın sevgilisi olduğunu, onunla evlənmək istədiklərini dedi. Həmin adam dələduzdu, 3 dəfə məhkumluğu var”.

Təqsirləndirilən şəxs qeyd edib ki, 12 oktyabr 2022-ci ildə axşam saat 22 radələrində içki içəndən sonra gecə saat 1-2 radələrində bibisi qızı Aylanın yaşadığı evə gedib, birinci mərtəbədə onunla oturaraq söhbət edib: “Həmin vaxt Simanın orada olduğunu bilməmişəm. Ora gəlməkdə məqsədim Ayla ilə dərdləşmək, hər şeyi ona bildirmək idi.

Ayla mənə Simanın yuxarıda, ikinci mərtəbədə olduğunu dedi. Ayladan xahiş elədim edim ki, Simaya bu söz-söhbəti qurtarmağı çatdır, evi də uşağın adına keçirək. Həmin gün əsəbiydim, sərxoş vəziyyətdə mətbəxə girdim. Bıçaq götürüb yuxarı çıxdım. Məqsədi Simanı qorxutmaq idi.

Mən yuxarı qalxanda Ayla “Sima, Məmməddi...” dedi. Sima digər otağa keçdi. Onun dalınca girib, saçından tutdum. Sözümü dedim, onu çarpayının üstünə yıxaraq üstündə dayandım. Bıçağın ona necə dəydiyini bilməmişəm.

Simanı öldürmək fikrim olsaydı, onun boğaz, ürək nahiyəsindən vurardım. Bıçağı çıxardıqda qan ləkəsi görmədim. Ayla məni otaqdan çıxarmağa çalışdı. İçəri girərək Simanın vəziyyətinə baxdım. Ayaq üstə olduğunu gördükdə getdim. Polis əməkdaşlarına yaxınlaşaraq etdiyim əməl barədə danışdım. Onlar da məni polis idarəsinə apardılar”.

Məmməd ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş ilkin ifadəsində özünü ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilib.

O, ifadəsində göstərib ki, hadisədən təxminən 10-15 gün əvvəl arvadı Simanın hansısa kişi ilə münasibətdə olduğunu bilib və bir neçə gün əvvəl evdə onu döyüb: “Sima da məndən şikayət etdiyi üçün barəmdə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə sadələşdirilmiş icraat formasında material Səbail Rayon Məhkəməsinə göndərilib.

Təxminən hadisədən bir həftə əvvəl mənə zəng edən tanımadığım şəxs “sən kimsən Simanı döyürsən” deyəndə ondan kim olduğunu soruşdum. Simanın sevgilisi olduğunu, nikaha ərizə verdiklərini, evlənmək istədiklərini dedi. Buna görə axşam Simanı evdən qovdum, dedim, ailə qurmaq fikrin varsa, bir daha bu evə qayıtma”.

Məmməd qeyd edib ki, oktyabrın 12-də axşam saat 22 radələrində 4-5 dənə “GO” spirtli içkisi içib, keçmiş arvadı Simanın kiminlə ailə qurduğu və ümumiyyətlə nə baş verdiyini öyrənmək üçün bibisi qızı Aylanın Xırdalan şəhərindəki evinə gedib:

“Oktyabrın 13-də gecə saat 1-2 radələrində Aylanın evinə gəldim. O, qapının ağzında paltar asırdı, mən evin içinə keçdim. Birinci mərtəbədə Ayla ilə oturduq, ona Sima ilə söhbətim olduğunu dedim.

Ayladan Simanın hansı otaqda yatdığını soruşdum, birlikdə ikinci mərtəbəyə qalxdıq. Simanın olduğu otağın qapısına yaxınlaşanda gödəkcəmin sol cibində gizlətdiyim bıçağı çıxartmaq üçün əlimi cibimə salanda Ayla “Sima, qaç” deyə qışqırdı.

Otağın qapısını açanda Sima artıq oyaq vəziyyətdəydi, qabağımdan qaçaraq digər otağa keçdi. Həmin otağın da qapısını açanda bibim nəvəsi Xumarı orada gördüm. Simanın ucadan qışqırmasına baxmayaraq ona yaxınlaşdım, sol əlimlə saçımdan tutaraq sağ əlimlə böyür nahiyəsinə bir bıçaqvurdum. Otağa daxil olan Ayla məni otaqdan çıxartdı. Mən də bıçağı yerə atıb getdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Simanın sözlərinə görə, Məmmədlə 2000-ci ildə rəsmi nikaha daxil olub, 2 uşaqları var: “Evliliyimizin 10 ilindən sonra Məmməd mütəmadi spirtli içki qəbul etməyə başladı. Yaşadığımız evə müxtəlif adamlar gələrək Məmmədin onlara borcu olduğunu bildirdi. Evdə söz-söhbət yarandı. Mən hər dəfə irad bildirəndə Məmməd məni təhqir edərək döydü”.

Suma qeyd edib ki, 2019-cu ildə rəsmi qaydada Məmməddən boşanıblar: “2017-ci ildə Məmmədin 40.000 manat borcu ortaya çıxdı. Oğlum Fuad həmin vaxt Polis Akademiyasına imtahan verməyə hazırlaşırdı, atasının borca görə məhkumluğu olarsa, akademiyaya qəbul olunmayacağını biləndə Məmmədin əmisi oğlu Cəmildən o məbləğdə borc pul aldım və Məmmədə verdim. Bundan sonra Məmməd yaşadığımız evi rəsmi qaydada mənə hədiyyə etdi.

Hadisədən bir həftə əvvəl keçmiş ərimin borclarına görə tutulmaması üçün oğlum Fuada aldığımız “Niva" markalı avtomobili sataraq pulu ona verdim. Bu barədə də söz-söhbətlərimiz oldu. Mübahisədə Məmməd məni döydüyü üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. O gecə də üstümə bıçaqla hücum çəkəndə qonşular imkan vermədilər. Bununla bağlı Səbail Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açıldı. Dava-dalaşdan sonra yaşamaq üçün Məmmədin bibisi qızı Aylanın evə getdim”.

Sima bildirib ki, 2022-ci il oktyabrın 12-də təxminən saat 23 radələrində işdən evə qayıdıb, bir az söhbət etdikdən sonra ikinci mərtəbədəki yataq otağına keçib. Ayla isə birinci mərtəbədə qalıb: “Gecə saat 2 radələrində yatdığım vaxt anidən "Sima qaç, Məmməd gəlir” deyə səsə eşitdim, yatdığım otaqdan çıxaraq digər otağa keçdim.

Məmmədin içəri keçə bilməməsi üçün qapını arxadan saxladım. Amma məndən güclü olduğu üçün o, qapının pəncərəsini bıçağın arxası ilə sındıraraq içəri daxil oldu. İçəri girən kimi əli ilə saçımdan tutub məni taxtın üzərinə yıxdı. “Səni öldürəcəm" deyə qışqırdı. Sağ əli ilə kürəyimin sol tərəfinə bıçaqla zərbə endirdi.

Bıçaq bədənimə daxil olanda sol əlimlə tiyədən yapışdım, müqavimət göstərdim, əlimdən xəsarət aldım. Mən özüm bıçağı bədənimdən çıxarsam da, Məmmədin əli bıçaqda olduğuna görə sol döş qəfəsimdən yenə zərbə endirdi. Bacardığım qədər müqavimət göstərməyə çalışsam da, məni əl və yumruq zərbələri ilə döydü.

Bundan sonra otağa Ayla və əri gələrək Məmmədi mənim yanımdan aralamağa çalışdılar. Təxminən 5 dəqiqə sonra onu otaqdan çıxardılar”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məmməd 8 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli müəssisədə çəkilməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan əməlini Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməsini istəyib.

Zərərçəkmiş şəxsdə apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini tələb edib.

Hər iki tərəfin şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunub. Onun əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilib və cəzası 5 il 2 aya endirilib. Onun cəzanı ümumi rejimli müəssisədə çəkməsi müəyyən edilib./Teleqraf

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Fevral 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see141

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see133

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see131

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see128

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see122

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see120

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see116

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see116

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see114

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see113

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see113

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri