Icma.az
close
up
RU
Dövlət vətəndaşların yetişməsi üçün kifayət qədər vəsait ayırır MÜNASİBƏT BİLDİRİLDİ

Dövlət vətəndaşların yetişməsi üçün kifayət qədər vəsait ayırır MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Biz yaxın keçmişdə olan dəyərlərin bir çoxunu məhv etsək də, onların içində indidən yaşatmağa layiq olanları var və onlar əksəriyyəti təşkil edirlər. Xüsusən də yeni nəslin təlim və tərbiyəsində, yetişməsində, bir vətəndaş kimi formalaşmasında rolu olan ideoloji, vətənpərvər və sağlam həyat tərzi hər zaman keçmişdə aktual bir məsələ kimi gündəmdə olurdu. Bununla bağlı xüsusi universitetlər, institutlar, tədqiqat mərkəzləri və təşkilatlar fəaliyyət göstərirdi”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bir çox təşkilatlar var ki, öz tarixi missiyalarını yerinə yetirib, tarixə qovuşublar. Məsələn, uşaqları tərbiyələndirmək üçün “Oktobriad”, “Pioner”, “Komsomol”, “Məktəb Həmkarlar İttifaqı”, daha sonra digər maraq klubları, rəqs və mahnı ansamblları, idman klubları mövcud idi: “Təəssüf ki, indi Azərbaycanda bu kimi təşkilatlar demək olar ki, yoxdur. Qeyri-hökumət və uşaq təşkilatları var, amma onlar dövlət dəstəyi almadığı üçün layihədən layihəyə işləyirlər. Eyni zamanda məktəblərdə olan dərnəklər, klublar və idman komandaları repetitorlarla əvəz olunub. Biz uşaqlarımızı gecə-gündüz yükləyirik, onlara normal uşaqlıq, sevinc bəxş etmirik, həmçinin imkan vermirik ki, həyatlarının yaxşı dövrünü şən, firavan keçirsinlər. Bunun sosial, psixoloji, mənəvi və tarixi səbəbləri var, amma yenə də bu barədə ciddi düşünmək lazımdır.

Dövlət vətəndaşların yetişməsi üçün kifayət qədər vəsait ayırır, amma bu vəsaitlərin hara xərcləndiyi sual altındadır. Son illərdə gənclər arasında baş verən konfliktlər, münaqişələr və digər cinayət xarakterli hadisələr bu məsələnin aktuallığını artırır. Azərbaycanda Gənclər və İdman Nazirliyi, Ailə Komitəsi və İctimai Birliklər var və onlar bu sahədə iş görməyə çalışırlar. Amma əsas yük Elm və Təhsil Nazirliyinin üzərindədir, çünki bu, onun birbaşa vəzifəsidir.

Yay gələndə, dərslər bitəndən sonra şagirdlərin istirahəti üçün müəyyən formatlar olurdu. Dərslərlə bağlı yay tədrisi və maraq dairəsinə aid istirahət bölünürdü. Yay istirahət düşərgələri 20 gün davam edir və ölkənin müxtəlif yerlərinə məktəblilər aparılırdı. Bu düşərgələrdə fiziki, əməli, ideoloji işlər, vətəni sevmək və tənbəllikdən uzaq durmaq məsələləri əsas mövzular idi. 20 gündən sonra evdə istirahət olur, sonra isə yay məktəbləri və axşam məktəbləri fəaliyyət göstərirdi. Elm və Təhsil Nazirliyi yalnız təhsil verməklə kifayətlənmir, eyni zamanda tərbiyə və təlim də onun vəzifəsinə daxildir. Təhsil, təlim və tərbiyə birlikdə insanı şəxsiyyət kimi formalaşdırır. Yay tətilində şagirdlərin istirahəti və dərslərini unutmasının qarşısını almaq üçün müəyyən proqramlar olurdu. Dərslər bitəndən sonra evdə istirahət imkanı yaranırdı, yay isə iki hissəyə bölünürdü: birincisi tədris və təlim, ikincisi isə maraq dairəsinə aid istirahət və əyləncə. Yay istirahət düşərgələri 20 gün davam edir və ölkənin müxtəlif yerlərində məktəblər oraya aparılırdı. Bu düşərgələrdə yeni nəsil həm fiziki, həm əməli, həm ideoloji təlim görürdü, vətəni sevmək, çalışqanlıq kimi keyfiyyətlər aşılanırdı.

20 gündən sonra yenə evdə istirahət olurdu, daha sonra yay məktəbləri fəaliyyət göstərirdi. Yay məktəbləri xüsusən kənd yerlərində önəmli idi, çünki valideynlər kənd təsərrüfatı işlərində olduğundan uşaqlara baxa bilmirdilər. Bu məktəblərdə gələn tədris ilinə hazırlıq, idman məşğələləri, futbol və digər yarışlar, mahnı və rəqs ansamblları, maraq klubları fəaliyyət göstərirdi. Üstəlik, uşaqlara gündə üç dəfə yemək verilirdi. Bu fəaliyyətlər vasitəsilə uşaqlarda vətənpərvərlik, sosial məsuliyyət hissi, gələcəkdə vətənə xidmət etmə arzusu formalaşırdı. Bütün bunlar uşaqlarda vətənə sevgi, sosial həyatda iştirak və gələcəkdə vətənin inkişafına töhfə vermək kimi müqəddəs duyğular yaradırdı. Buna görə də insanlar könüllü olaraq müharibə və digər çətinliklər zamanı iştirak edirdi”.

Yazıçı-kultroloq sözlərinə davam edrək bildirib ki, indi isə bu sistem demək olar ki, yoxdur. Ayrı-ayrı nazirliklər və təşkilatlar uşaq düşərgələri yaratsa da, bunlar məhdud sayda uşaqları əhatə edir: “Uşaqlar isə çox vaxt evdə tək internet və sosial şəbəkənin təsiri altında qalır. Bu səbəbdən uşaqların niyə mənfi davranışlar sərgilədiyini, niyə sağlam formalaşmadığını, psixoloji və fiziki problemlərin artdığını anlamaq mümkündür. Məncə, məktəblərdə daha çox fiziki hərəkətlərə, idman və ideoloji məsələlərə diqqət yetirilməlidir. Kitab və dərslikləri internet vasitəsilə öyrənmək mümkündür, amma birgə idman yarışları təşkil etmək, bədən sağlamlığını möhkəmləndirmək çətin məsələdir.

Azərbaycanda Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirlər bu istiqamətdə vacibdir. Məktəblərdəki idman zalları və stadionların qapıları açılmalı, yay məktəblərində yarışlar keçirilməli, uşaqlar mükafatlandırılmalıdır. Yay tətilində sinifdən kənar oxu kitabları ilə bağlı proqramlar da ciddi şəkildə hazırlanmalıdır. Məsələn, Rusiyada və qonşu ölkələrdə belə proqramlar var – 20 kitab oxunur və esselər yazılır, müəllimlərə təqdim edilir. Belə tədbirlər həm valideynlər üçün yaxşı olar, həm sağlam nəsil yetişdirər, həm də uşaqları zərərli vərdişlərdən uzaqlaşdırar. Əlavə olaraq daxili turizmin inkişafı ilə yay düşərgələrinin bərpası və yay məktəblərinin təşkil olunması faydalı olardı. Məktəblər rahat şəraitdə düşərgələrə aparılıb, uşaqların sağlam inkişafına nəzarət olunar”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 İyun 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri