İzmirdə işçilər tətil elan etdi, bələdiyyə sədri zibil yığdı Video
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Türkiyənin İzmir vilayətində 23 min işçinin tətil elan etməsi ilə əlaqədar Alsancak rayonunda yığılıb qalan zibillər İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil Tuqayın iştirakı ilə təmizlənib.
Yeniavaz.com yerli KİV-ə istinadla xəbər verir ki, bu işdə ona vətəndaşlar və bələdiyyə işçiləri də kömək edib.
Tətilə səbəb İzmir Böyükşəhər Bələdiyyəsi ilə DİSK Genel-İş Həmkarlar İttifaqı arasında 23 min işçi ilə bağlı kollektiv əmək müqaviləsi ilə bağlı danışıqların nəticəsiz qalması oldub.
Beləliklə, bələdiyyəyə tabe olan İZENERJİ və İZELMAN şirkətlərində işləyən təxminən 23 min işçi tətilə başlayıb.
Nəticədə, Alsancak rayonunun Kordon məhəlləsində zibil yığınları meydana gəlib.
Günün ilk saatlarında həmin məhəlləyə gələn İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil Tuqay və ətrafı təmizlik işlərinə başlayıb.
CHP-nin digər bələdiyyə başçıları, bələdiyyə məclis üzvləri, həmçinin partiyanın gənclik təşkilatlarının üzvləri, sahibkarlar və vətəndaşlar da təmizlik əsnasında Tuqaya kömək ediblər.
Günün son saatlarına qədər davam edən təmizlik işində Alsancak və ətrafıda yığılan zibil qalaqları təmizlənib.
Baxış sayı:122
Bu xəbər 02 İyun 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















