Kit Kelloq: Tramp müharibəni 24 saata bitirəcəyinə söz vermişdi, lakin hansı gündə deməmişdi
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə 24 saat ərzində son qoyacağına söz verib, lakin bunun konkret hansı gündə olacağını açıqlamayıb".
Oxu.Az-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Ağ Evin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq Beynəlxalq Münasibətlər Şurasının konfransında çıxışı zamanı deyib.
"Tramp Ukraynada müharibəni 24 saat ərzində bitirəcəyinə söz vermişdi, lakin hansı gündə olacağını dəqiq deməmişdi", - deyə Kelloq bildirib.
Onun bu sözləri zalda tamaşaçıların gülüşünə səbəb olub.
Trampın xüsusi nümayəndəsi qeyd edib ki, ABŞ-nin Kiyevlə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmasında Ukraynanın özü günahkardır.
O vurğulayıb ki, ABŞ-nin kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarı fasilə deyil, sondur.
Kit Kelloqun sözlərinə görə, Tramp administrasiyası faydalı qazıntıların çıxarılması üzrə sazişin imzalanmasından sonra Ukrayna lideri Volodimir Zelenski ilə işləməyə hazır olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 07 Mart 2025 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















