Icma.az
close
up
RU
“Rusiya Ukraynada məğlub olacaq“ Kit Kelloq

“Rusiya Ukraynada məğlub olacaq“ Kit Kelloq

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Ukrayna mənəvi və texnoloji üstünlüyə malikdir..."

ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq bəyan edib ki, Rusiyanın Polşa üzərinə göndərdiyi dronlar təsadüfi deyil, bu, Putinin düşünülmüş strategiyasıdır.

Moderator.az xəbər verir ki, bu barədə o, sentyabtın 12-13-də keçirilən 21-ci Yalta Avropa Strategiyası (YES) konfransında çıxışı zamanı bəyan edib.

Vaşinqtonun mövqeyi və Putinin strategiyası

"19 dron Polşanın hava məkanına giribsə, bu, heç bir halda təsadüf ola bilməz. Bir-iki dron ola bilərdi, amma 19 dron- bu, məqsədli addımdır", - Kelloq vurğulayıb. Onun fikrincə, Kreml Qərbə siqnal göndərir və cavab gözləyir: Moskva nə qədər irəli gedə bilər?

ABŞ rəsmisi Avropaya xəbərdarlıq edib ki, tarixin dərslərini unutmaq olmaz. O, Çemberlenin Hitlerlə kompromis cəhdlərini xatırladaraq bildirib: "Əgər bu səhvlərdən nəticə çıxarmasaq, Üçüncü Dünya müharibəsinə sürüklənəcəyik".

"Ukrayna uduzmayacaq"

Kelloq əminliklə deyib ki, Rusiya artıq Ukraynada qələbə qazana bilməz:

"Ukrayna bu müharibəni uduzmayacaq. Onların Rusiyaya qarşı mənəvi üstünlüyü var. Rusiya ordusu göründüyü qədər güclü deyil. Bəli, onlar böyük hərbi qüvvəyə malikdir, amma özlərini təqdim etdikləri qədər güclü deyillər". Eyni zamanda o, etiraf edib ki, Ukrayna dünyada dron istehsalında liderə çevrilib və bu sahədə artıq ABŞ-ı geridə qoyub.

Çinin rolu və müharibənin sonu

ABŞ rəsmisinin fikrincə, Pekin Moskvanı dəstəkləməkdən imtina etsə, Rusiya-Ukrayna müharibəsi dərhal bitərdi. Kelloq bildirib: "Rusiya bu gün Çin qarşısında kiçik tərəfdaşdır. Əgər Pekin yardımını kəsərsə, sabah bu müharibə sona çatar".

Sanksiyalar və nüvə təhlükəsi

Kelloq Moskvanın nüvə silahına istinad etməsini mənasız sayıb və xatırladıb ki, Fransada, Böyük Britaniyada və ABŞ-da da bu silah mövcuddur. Onun sözlərinə görə, Rusiyaya qarşı daha sərt iqtisadi tədbirlər tətbiq edilməlidir. "Hazırkı sanksiyalar güc baxımından 10 ballıq şkala ilə cəmi 6-dır. Əsas odur ki, onları davam etdirmək lazımdır. Risklər olsa da, bunu etmək zəruridir", - o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Sentyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see346

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see289

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see258

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see217

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see212

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see205

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see204

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see199

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see197

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see188

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see186

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see180

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see180

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see178

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see169

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see163

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see158

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see155

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see154

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri