Icma.az
close
up
RU
Kitab oxuyan ölkələrin siyahısında niyə aşağı pillədəyik? Sabiq deputat 5 səbəb AÇIQLADI

Kitab oxuyan ölkələrin siyahısında niyə aşağı pillədəyik? Sabiq deputat 5 səbəb AÇIQLADI

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Dünyada ən çox kitab oxuyan ölkələrin siyahısı açıqlanıb: Cənubi Qafqazda Gürcüstan 62-ci, Ermənistan 63-cü, Azərbaycan isə 82-ci pillədədir. Yaxşı göstərici deyil". 

“AzPolitika” xəbər verir ki, bu barədə keçmiş deputat Etibar Əliyev sosial şəbəkə hesabında paylaşım edib.

Etibar Əliyev daha sonra yazır: " Bizim aşağı pillədə qərarlaşmağımızın səbəbi nədir? Əlbəttə ki, orta və yaşlı nəslin kitab oxumaması əsas səbəblərdən biridir. Mən tez-tez kitab mağazalarında oluram. Bunu kitab satıcılarından da soruşmaq olar. Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti, Texniki Universitet, İnşaat və Memarlıq Universitetinə yaxın “Libraff” və “Akademkitab” mağazaları yerləşir. Mən hələ indiyə qədər bu mağazalarda AMEA əməkdaşlarını və adını çəkdiyim universitetlərin müəllimlərini görməmişəm.

İkinci səbəb: insafən, Bakıda yerləşən bir neçə böyük kitab mağazası sırf elm sahələri və elmi-populyar ədəbiyyatlar istiqamətində xeyli kitablar satışa çıxarır. Bu ədəbiyyatlar alimlər və geniş oxucu kütləsi üçün vacib olan çeşiddir. Həmin kitablar illərlə kitab mağazalarında qalır. Bunun özü də göstərir ki, bu ədəbiyyatlara maraq yoxdur.

Üçüncü səbəb: kitab mağazalarının azlığıdır. “Kitab passajı”, “Kitab evi”, “Siyasi ədəbiyyat”, “Texniki ədəbiyyat” kimi fəaliyyət göstərən geniş və funksional kitab məkanları artıq ləğv olunub. Yeganə “Bukinist” zirzəmidə yerləşir. Rayonlarda isə demək olar ki, kitab mağazaları yoxdur.

Müşahidələrim əsasında deyə bilərəm ki, kitab mağazalarına gələnlərin tam əksəriyyəti gənclərdir. Təəssüflər olsun ki, onlar da əsasən detektiv ədəbiyyatlar alırlar. Orta və yaşlı nəslin kitaba ögey münasibəti gənclərə də aşılanıb. Vaxtilə kitablara talonla abunə yazılan və növbəyə duran insanlar vardı. İndi isə böyük alimlərin, yazıçıların və incəsənət xadimlərinin vəfatından sonra onların kitabları artıq əşya kimi çölə atılır.

İndi təsəvvür edin: alimin və yazıçının evində kitabdan başqa hansı əşya diqqəti çəkə bilər?

Bir dəfə ölkənin baş universiteti olan BDU-nun kitabxanasına baş çəkdim. Kitabxana sovet dövründən bəri yenilənməyib. Kataloqlar bomboş, “Baş fond”u isə hörümçək toru basmışdı. Universitetlərdə “Mütaliə klubları”nın yaradılması təklifini vermişdim. Nəticə olmadı…

Universitet müəllimləri tələbələrə yeni ədəbiyyatlar barədə məlumat verə bilmirlər. Çünki özləri oxumurlar.

Dördüncü səbəb: xarici ədəbiyyatların tərcüməsində ciddi qüsurlar mövcuddur. Tərcümə çox mürəkkəb peşədir. Elmi ədəbiyyatları filoloq tərcümə edə bilməz. Kitabların böyük əksəriyyəti orijinaldan (ingilis, alman, fransız dilləri nəzərdə tutulur) deyil, rus dilindən tərcümə olunur. Bu da, əlbəttə ki, məzmuna mənfi təsir göstərir. Alimlərimizin yazdıqları kitablar təbliğ olunmur və bəzən müəllif öz kitabını tələbəyə şəxsən satmalı olur.

Beşinci səbəb: bizdə çap olunan kitabların qiyməti çox bahadır. Bu, oxucunu uzaqlaşdırır. Bu gün ölkədə kitabı təbliğ edənlərin əksəriyyəti nəşriyyatçılardır və onların əsas məqsədi yalnız pul qazanmaqdır.

Kitab sərgilərində isə kitabla şəkil çəkdirməkdən başqa yadda qalan heç nə olmur…"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Noyabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see233

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see230

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see223

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see218

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see191

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see184

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see182

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see178

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see173

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see164

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see162

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see159

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see158

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see155

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see152

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see151

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see149

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see149

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see147

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri