Icma.az
close
up
RU
Kitab və mütaliə ŞƏRH

Kitab və mütaliə ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kitab müxtəlif insanların fikirlərini cəm halında birləşdirən və onların arasında sıx əlaqə-ünsiyyət yaradan mənəvi bir körpüdür. Bu gün cəmiyyətdə insan amilinin inkişafında, fərdin şəxsiyyətə çevrilməsində mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitab və kitabxanaların rolu əvəz edilməzdir. Çünki kitabxanalar mili mədəni sərvətlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində, insanların təfəkkür səviyyəsinin formalaşmasında, elmli, intelektli gənc nəslin tərbiyəsində əsas rol oynayır. Kitab cəmiyyətin yaratmış olduğu fikir və ideyaların, nəzəriyyələrin, elmi kəşflərin uzun bir müddət üçün insanlara çatdırmağın əsas göstəricisidir.

Ümummilli Lider Heydər Əliyevin kitab və kitabxana haqqında müdrik kəlamları var: “Kitabxana xalq, millət üçün cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

Müasir dövrdə dayanmadan informasiya aldığımız və beynimizin müxtəlif məlumat ilə dolu olduğu bir şəraitdə insanın fərdi tərəqqisində mütaliə mədəniyyətinin yaranması və düzgün istiqamətləndirilməsi əsas amilə çevrilmişdir. Kitabxanalar mütaliə mədəniyyətinin düzgün formada istiqamətləndirilməsində,məlumatın yayılmasında,savadlandırıcı missiyanın yerinə yetirilməsində əsas məsuliyyət daşıyan sosial institutlardır.

Yaşadığımız dövrdə kitabların mənəvi inkişafımızda rolundan danışarkən böyük rus yazıçısı Maksim Qorkinin fikirlərini yada salmaq yerinə düşərdi: İki qüvvə mədəni insan tərbiyyəsində daha çox fayda verə bilər. İncəsənət və elm. Bunların hər ikisini özündə birləşdirən isə kitabdır. İncəsənət daha çox ruha,elm daha çox ağıla aiddir,buna görə də kitab həm ağılı, həm ruhu qidalandırır.

Mütaliə etmək insanın fiziki, ruhi sağlamlığı üçün olduqca faydalıdır .Mütaliə insan beyninin fəaliyyətini artırır. Mütaliə zamanı insan yalnız məlumatı qəbul etmir,həmin informasiyanı emal edir, fikirləşir, təhlil edir, nəticə çıxarır. Bunun da yoxlanmış yolu daim və düşünərək kitab oxumaqdan keçir. Biz kitab oxuyarkən əsərin ideyasını anlamağa çalışır və mümkün qədər düşünməyə,empatiya qurmağa başlayırıq. Nahaq yerə deyilmir ki,vücud üçün idman nədirsə, beyin üçün də kitab oxumaq o mənaya gəlir.İnsanın söz ehtiyatının artmasında,ətrafdakılarla rahat ünsiyyət qurmasında,nitq qabiliyyətinin inkişafında,özünəinamın artmasında,stresdən uzaq olmasında, yaddaşın güclənməsində,fikrin təkmilləşdirilməsində mütaliənin rolu son dərəcə böyükdür.

Şagirdlərə, müəllimlərə bütövlükdə məktəb kollektivinə kitabla xidmət etmək ümumtəhsil məktəbi kitabxanasının əsas iş prinsipidir.

Hər bir kitabxanaçı öz işində daha çox şagirdin mütaliəyə cəlb olunmasına nail olmağa çalışmalıdır.İlk növbədə şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaqla onların oxu maraqlarını öyrənib mütaliəsini istiqamətləndiririk.Bunun üçün əyani və şifahi təbliğat formalarından istifadə edirik.Əyani təbliğat daha geniş oxucu kütləsini sistemli şəkildə əhatə edə bilir və onların mütaliəsinə müsbət təsir göstərir.Əyani təbliğat formalarna kitab sərgiləri aiddir.Oxucuları şair və yazıçıların həyat və fəaliyyəti ilə tanış etməkꓹməktəbli oxucuları onların əsərlərini mütaliə etməyə yönəltmək üçün maraqlı mövzu sərgiləri təşkil edilməsi xüsusi ilə əhəmiyyətlidir.

Uşaqlar arasında kitaba məhəbbət oyatmaq kitabı onlara sevdirmək, kitabın nüfuzunu qaldırmaq üçün kütləvi tədbirin müxtəlif formalarından istifadə edirik. Belə tədbirlərdən biri də hər il keçirdiyimiz "14 Fevral Beynəlxalq Kitab Bağışlama" günüdür. Həmin gün oxucular istədikləri bədii kitabı bir-birilərinə hədiyyə edirlər.Hətta sevdikləri kitabları kitabxanamıza hədiyyə edirlər.Ən maraqlısı da budur ki, şagirdlər oxuduqları əsərləri birlikdə müzakirə edirlər. Hər il bu günü oxucularımız səbirsizliklə gözləyirlər.

Məktəb kitabxanalarında ifadəli oxu və nəqletmə üsullarından da istifadə edirik ki bunlar kiçik yaşlı məktəblilərin marağına səbəb olur. İfadəli oxu balacalar arasında bədii ədəbiyyatın ən yaxşı tövsiyyə forması təbliğatın özəyi olub kitaba və mütaliəyə dərin məhəbbət oyadır.

Məktəb kitabxanalarında təbliğat ədəbi bədii gecələr vasitəsilə də həyata keçirilir.Keçirdiyimiz ədəbi-bədii gecələr tanınmış şair və yazıçılardan birinin yaradıcılığına habelə bir və ya bir neçə ədəbi əsərə həsr oluna bilər.Bu tədbirlər böyük təhsil və tərbiyə əhəmiyyəti kəsb edir,bədii əsərə sevgi oyadır bədii zövqü formalaşdırır,mütaliəyə maraq yaradır.Keçiriləcək tədbirin kompozisiyasından asılı olaraq xüsusi proqram ssenari tərtib edərək, teatrlaşdırılmış səhnəciklər də qururuq.Gecəyə hazırlaşmaq yaradıcılıq qabiliyyəti tələb edir.Gecənin mövzusuna uyğun ədəbiyyat sərgisi viktorina,ədəbi oyunlar hazırlayırıq.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, kitabxanaçı yaradıcı olmalıdır.Özünün peşə hazırlığının qayğısına qalmalıꓹkitabxana işinə qoyulan tələblərə cavab verməli,müasir informasiya texnologiyalarından bacarıqla istifadə etməlidir.Tədbirləri öz fantaziyasına uyğun,yaradıcı şəkildə təşkil etməli öz işində layiqli uğurlar,müvəffəqiyyətlər qazanmalıdır.

Hacıyeva Nigar Hacı qızı,

135 N-li tam orta məktəb, kitabxana müdiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Aprel 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see277

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see261

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see255

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see239

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see237

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see236

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see207

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see198

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see191

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see183

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see177

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see161

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri