Icma.az
close
up
RU
Zelenski Vaşinqtona gedir “Ukrayna mineralları verəcək, təhlükəsizlik isə…”

Zelenski Vaşinqtona gedir “Ukrayna mineralları verəcək, təhlükəsizlik isə…”

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-i cümə günü Vaşinqtona səfər edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp hökumətin ilk iclasında deyib. Ağ Ev rəhbəri vurğulayıb ki, Zelenskinin səfəri çərçivəsində Ukraynanın resursları ilə bağlı saziş imzalanacaq. 


Bəs Zelenskinin Vaşinqtona səfəri zamanı imzalanması proqnozlaşdırılan ABŞ-Ukrayna sazişindən gözləntilər nələrdir? 


Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında politoloq Aqşin Kərimov bildirib ki, ABŞ ilə Ukrayna arasında imzalanacaq sənəd çərçivə sazişi olacaq. 


Onun sözlərinə görə, Qərb informasiya məkanını təhlil edən zaman aydın olur ki, minerallarla bağlı razılaşmaya Ukraynanın təhlükəsizlik zəmanətləri daxil olmayıb. Bu informasiyaları da rəsmi mövqelər də dəstəkləyir: “Zelenksi sənədə zəmanətlərlə bağlı ən azı bir qeydin daxil edilməsinin vacib olduğunu deyib. ABŞ Prezidenti Donald Tramp bu cür zəmanətlərin Ukraynanın qonşusu olan Avropa tərəfindən verilməli olduğu mövqeyini təkrarlayıb. Proses ümumilikdə ABŞ-nin strateji doktrinasını, o cümlədən geoiqtisadi maraqlarını irəlilətmək baxımından qiymətli, Ukraynanın ərazi bütövlüyü və suverenliyini prizmasından isə mübahisəlidir. Çərçivə sazişi ümumi prinsipləri əks etdirəcək və digər detalların razılaşdırılması ABŞ-nin Rusiya və Ukrayna arasındakı diplomatik-siyasi trafiklərinin nəticələrindən asılı olacaq. Bu kontekstdə çərçivə sazişinin pozulmağa qarşı həssaslığı önə çıxır. Tramp müqavilənin bağlanması ərəfəsində Rusiya ilə Ukrayna arasında atəşkəsə eyhamlar vurur. Tramp Putinin bunun baş verməsi üçün güzəştlərə getməli olacağını təklif edir. Hərçənd ki, Rusiyanın güzəşt arenası müəyyən ərazilərdən geri çəkilməyi əhatə etsə belə, bu, Moskvanın Ukrayna qarşısındakı tələblərini yumşaltmayacaq. Bu fonda Trampın “Ukrayna NATO-nu unutsun” deməsi Ağ Evin Kremlin maraqlarını nəzərə aldığını aydın şəkildə göstərir".

A.Kərimov qeyd edib ki, minerallar sövdələşməsi Tramp administrasiyasının böyük təzyiqi altında baş tutur: “Əslində, ABŞ Avropada Rusiyaya qarşı geoiqtisadi balans yaradır, lakin bu, Trampın Transatlantik norma və institutları hədəf alması fonunda baş tutur. ABŞ-nin xarici siyasət doktrinasında təbii sərvətlərlə zəngin ərazilərə nəzarət mexanizmi daha çox prioritetdir, nəinki Ukraynanın suverenliyini qorumaq. Bu baxımdan, minerallar sövdələşməsi Ukrayna üçün böyük bir hadisədir, çünki ABŞ şirkətlərinin sərvətlər olan ərazilərdəki fəaliyyəti Ukraynanı avtomatik olaraq təhlükəsizlik qarantiyası altına alır”.

Politoloqun fikrincə, Rusiya Ukrayna ərazilərində yaratdığı təsir zonasında ABŞ ilə işləməyi zəruri hesab edir: “Bu, indiki şəraitdə Rusiya iqtisadiyyatının canlanmasına və Kremlin geosiyasi vektorunu genişləndirməsinə fürsətlər tanıyır. Amma Rusiya indi ABŞ qarşısında güclü bənd sayıla bilməz. Tramp administrasiyası ilə Kreml arasındakı danışıqlar sadəcə olaraq ABŞ ilə Rusiyanın rəqabət zonasını qarşılıqlı hörmət əsasında cilovlamağa hesablanmış taktikadır. Bu isə Rusiyanın Ukraynaya qarşı maksimalist tələblərini yenidən paketləməyə imkan verir. Rusiyanın rəsmi şəkildə Ukraynada mövcud cəbhə xəttlərinin dondurulması ilə nəticələnən danışıqların qeyri-mümkünküyü dilə gətirməsi Putinin ideallarından əl çəkmədiyini göstərir. Rusiyanın ritorikası Rusiya qoşunlarının güc yolu ilə əldə edə bilmədiyi əraziləri ABŞ ilə danışıqların nəticəsi olaraq əldə etmək nail olmaq cəhdidir”. Müsahibimiz vurğulayıb ki, Rusiya-ABŞ danışıqları və Vaşinqtonla Kiyev arasında imzalanacaq sənəd geoiqtisadi ekspansiya həyata keçirən Çinin də diqqət mərkəzindədir: “Bu mənada Çin Ukraynadakı müharibənin həlli ilə əlaqədar həmişəkindən daha çox sülhməramlı qüvvə kimi çıxış etməyə həvəslidir. Bunların müşayiətində ABŞ ilə Çin arasındakı gələcək danışıqların prioritetləri müəyyənləşə bilər. Belə ki, ABŞ ilə Çin növbəti zərərli ticarət müharibəsinin qarşısını almaq üçün əldə etməyə yaxınlaşa bilər. Lakin Çin Ukrayna müharibəsi fonunda az xərc və resurs sərf edərək ya ABŞ-Rusiya əlaqələrini pozmaq istəyəcək, ya da onların əldə etdiyi razılaşmalardan öz mənfəətini götürməyə çalışacaq. Çin indi Ağ Evlə Kremlin Ukraynada əldə olunacaq razılaşmalar üzrə siyasətlərini öyrənməyə və onun nəticələrinə cavab hazırlamağı prioritetləşdirir”. 

Firuzə Əliyeva
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 Fevral 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see250

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see201

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see201

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see196

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see188

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see179

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see171

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see164

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see162

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see162

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see142

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see138

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see134

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see131

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see131

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see126

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri