KİV: ABŞ İranın təhdidləri fonunda Yaxın Şərqdəki hərbi obyektləri təxliyə edir
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Silahlı Qüvvələri İsrail və İran arasında davam edən münaqişə fonunda Yaxın Şərqdəki öz obyektlərini qorumaq üçün bir sıra addımlar atıb.
Bu barədə CNN telekanalına ABŞ Müdafiə Nazirliyindəki mənbələr bildirib.
Bu məlumatlara görə, Qətərdəki Əl-Udeyd Amerika hərbi hava bazasından bütün müdafiəsiz təyyarələr çıxarılıb. Peyk görüntüləri təsdiqləyib ki, əvvəllər onların tutduğu ərazi indi boşdur. Bundan başqa, ABŞ-nin Bəhreyndəki hərbi dəniz bazasından orada olan bütün gəmilər çıxarılıb.
Mənbələrdən biri bunu "ABŞ İsrailin İranın nüvə obyektlərinə hücumlarına qoşulmağa qərar verərsə, Tehranın Amerika bazalarına və hərbçilərinə zərbələr endirmək təhdidlərinə cavab olaraq ağıllı və qabaqlayıcı tədbir” adlandırıb.
Təyyarə və gəmilərin dəqiq hara köçürüldüyü bildirilmir.
/report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 19 İyun 2025 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















