KİV: ABŞ və İran müharibəni mərhələli şəkildə başa çatdırmaq üçün danışıqlar aparır
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ və İran nümayəndələri Nyu-Yorkda müharibənin mərhələli şəkildə başa çatdırılması üçün mümkün razılaşmanı müzakirə edirlər.
Bu barədə mənbələrə istinadən “Reuters” məlumat yayıb.
Müzakirələrdə İranın Hörmüz boğazında gəmiçiliyi bərpa etməsi, ABŞ-ın isə İrana qarşı iqtisadi blokadanı aradan qaldırması məsələləri nəzərdən keçirilir.
İran tərəfi üçün əsas tələblərdən biri iqtisadi blokadanın dayandırılması və dondurulmuş aktivlərə çıxışın təmin edilməsidir.
“Reuters”in məlumatına görə, tərəflər güzəştlərin hansı ardıcıllıqla həyata keçiriləcəyi məsələsində fikir ayrılığı yaşayırlar. Belə ki, İran Hörmüz üzərində nəzarətindən imtina etmək niyyətində deyil, ABŞ isə boğazdan sərbəst gəmiçiliyin təmin olunmasını istəyir.
Danışıqlar BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda aparılır və prosesdə Qətər, Pakistan və digər ölkələrin vasitəçilik səyləri də rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 24 Sentyabr 2026 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















