KİV: Dohada “Mossad” rəhbərinin girovlarla bağlı danışıqlarında irəliləyiş əldə olunub
Icma.az, Report.az saytına istinadən bildirir.
İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barneanın iştirakı ilə Dohada keçirilən danışıqlarda Fələstinin radikal “HƏMAS” hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi üzrə irəliləyiş əldə edilib.
“Report” xəbər verir ki, bu barədə “Walla” xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
Rəsmi şəxs qeyd edib ki, Dohada aparılan danışıqlar zamanı irəliləyiş əldə edilib və Barnea Qətərdən sövdələşmənin mümkün olduğuna dair müsbət hisslə qayıdıb.
Qeyd edək ki, Livanda əldə olunan atəşkəsdən sonra Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə “HƏMAS”la razılaşmaya dair danışıqlar yenidən başlayıb. Son regional hadisələr isə danışıqlara yeni təkan verib və rəsmilər razılıqların əldə olunacağına nikbindirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 13 Dekabr 2024 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















