Icma.az
close
up
RU
KİV: Gürcüstanda hakim partiyada qarşıdurma olub Sabiq baş nazir xəstəxanadadır

KİV: Gürcüstanda hakim partiyada qarşıdurma olub Sabiq baş nazir xəstəxanadadır

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Hakim “Gürcü Arzusu” partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili Tbilisi Amerika Xəstəxanasının klinikalarından birinə yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı ilk olaraq dekabrın 10-da müxalif “Mtavari Arxi” telekanalı yayıb.
Telekanalın məlumatında bildirilib ki, Qaribaşvili “komanda yoldaşları” tərəfindən fiziki təzyiqə məruz qalıb. Onun dəqiq kim tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə məlumat verilməyib.
“İvanişvilinin rəhbərliyi altında hakim "Gürcü Arzusu"nun komandasında fiziki qarşıdurma olduğu barədə məlumatlar var”, - telekanal bildirib.
Bidzina İvanişvilinin birgə investisiya fondunun keçmiş sədri Giorgi Baçiaşvili də bu barədə danışıb.
“Bu gün məlum oldu ki, Qaribaşvili müxtəlif xəsarətlərlə travma mərkəzindədir”, - o bildirib.
Baçiaşvilinin sözlərinə görə, Qaribaşvili partiyanı tərk edib və indiki baş nazir İrakli Kobaxidze ilə birbaşa münaqişəsi olub.
Məlumatı hakim “Gürcü Arzusu” partiyası da təsdiqləyib. Partiyanın izahatına görə, Qaribaşvili məşq zamanı çiynini zədələyib və bu səbəbdən cüzi tibbi yardıma ehtiyacı olub.
Hakim partiya yayılan xəbəri dezinformasiya adlandıraraq ictimaiyyəti yayılan yalanlara əhəmiyyət verməməyə çağırıb.  
Keçmiş baş nazirin çoxsaylı xəsarətlərlə xəstəxanaya çatdırılması barədə Gürcüstan mətbuatında məlumat yayıldıqdan sonra rəhbərlik belə bir məlumat yaymalı olub.
Qeyd edək ki, İrakli Qaribaşvili iki dəfə hökumət başçısı olub. O, ilk dəfə 2013-cü ildə baş nazir olub, lakin iki ildən sonra 2015-ci ildə qəfil istefa verib. O, 2021-ci il fevralın 18-də baş nazir Giorgi Qaxariyanın istefasından sonra eyni vəzifəyə təyin edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 12 Dekabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri