KİV: Gürcüstanın Baş naziri istefa verməyə hazırlaşır
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze vəzifəsini tərk etməyə hazırlaşır.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın yerli KİV-i məlumat yayıb.
Bildirilib ki, artıq hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili müvafiq qərarı qəbul edib.
İvanişvilinin Makronla telefon danışığının da Kobaxidzenin istefasını sürətləndirəcəyi qeyd olunub.

KİV: Gürcüstanın Baş naziri istefa verməyə hazırlaşır
12 Dekabr 2024 12:57

