KİV: İran Tel Əviv və İsrailin mərkəzinə 10 dan çox raket atıb
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
İran qüvvələri Tel-Əviv və İsrailin mərkəzi bölgəsinə doğru 10-dan çox raket buraxıb.
Moderator.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Daha əvvəl İsrail ordusunun mətbuat xidməti bildirib ki, İrandan raket buraxıldığı məlum olduqdan sonra bir neçə rayonda hava həyəcanı siqnalları səslənib.
Xatırladaq ki, daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun İrana qarşı preventiv zərbə endirdiyini açıqlamışdı. Əməliyyat "Şir nəriltisi" adlandırılıb. Hər iki ölkə hava məkanını bağlayıb.
Daha sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqonun məlumatına görə, ABŞ əməliyyatı "Epik qəzəb" adlandırıb.
İran isə öz növbəsində, İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Ordusu buraxılışları təsdiqləyib, ölkə boyu hava həyəcanı siqnalları səslənir, hava hücumundan müdafiə sistemləri işləyir.
Bundan əlavə, İran Yaxın Şərq üzrə ABŞ bazalarına - Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən obyektlərə zərbələr endirib. İran öz əməliyyatını "Doğru vəd 4" adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 01 Mart 2026 01:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















