KİV: İrana dost ölkələr də Hörmüzdən keçidə görə rüsum ödəyəcəklər
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"İran hökuməti Hörmüz boğazından təhlükəsiz keçid üçün dost ölkələr də daxil olmaqla bütün gəmiləri rüsum ödəməyə məcbur edəcək".
Oxu.Az xəbər verir ki, bu barədə İranın "Nour News" agentliyi məlumat yayıb.
"Dost ölkələrə Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçid icazələrinin verilməsi yalnız təhlükəsizlik rüsumlarının ödənilməsi müqabilində həyata keçiriləcək və heç bir ölkə bu tələbdən azad edilməyəcək", - məlumatda bildirilib.
Qeyd olunub ki, bu strategiya ABŞ və İsrail hücumlarından dəymiş ziyanı ödəmək üçün seçilib.
Aprelin əvvəlində "Al Jazeera" telekanalı məlumat vermişdi ki, İran bütün dövlətləri "dost", "neytral" və "düşmən" olmaqla üç qrupa bölərək boğazda gəmiçiliyin tənzimlənməsi sistemini hazırlayıb.
İddia edilirdi ki, birinci qrupdan olan dövlətlər boğazdan sərbəst keçə biləcək, "neytral" ölkələr rüsum ödəyəcək, "düşmən" ölkələr üçün isə keçid əvvəlki kimi qadağan olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 06 Aprel 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















