KİV: Rosaviasiya İsrailə gecə uçuşlarına qoyulan qadağanı uzadıb
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Rosaviasiya” Rusiyadan İsrailə uçuşlarla bağlı tövsiyələrin qüvvədə olma müddətini daha bir ay - martın 11-dək uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Bildirilib ki, tövsiyələrə əsasən gecə uçuşları qadağan edilib.
Məlumata görə, mülki hava gəmilərinin uçuş təhlükəsizliyinə davam edən təhdid səbəbindən Moskva vaxtı ilə saat 01:00-dan 07:00-a qədər uçuşlara qoyulan məhdudiyyətlər qüvvədə qalır.
Aviaşirkətlərə Moskva vaxtı ilə saat 07:00-dan 01:00-a qədər (Bakı vaxtı ilə saat 08:00-dan 02:00-a qədər) İsrailə uçuşları münaqişə zonalarının üzərində və yaxınlığında uçuşlar üçün risk amillərinin qiymətləndirilməsi üzrə ICAO təlimatını nəzərə almaqla həyata keçirmək tövsiyə olunur.
Qeyd edək ki, Rusiyadan İsrailə uçuşlarla bağlı müvafiq tövsiyələr 2024-cü il noyabrın 11-də tətbiq edilib və daha sonra bir neçə dəfə uzadılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 11 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















