Icma.az
close
up
RU
KİV: Rusiya yayda irimiqyaslı hücuma keçəcək

KİV: Rusiya yayda irimiqyaslı hücuma keçəcək

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya Ukraynada cəbhənin bir neçə istiqamətində yeni və irimiqyaslı hücum əməliyyatlarına hazırlaşır.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında bildirilib.

Analitiklər qeyd ediblər ki, rəsmi Moskva müharibəni güc yolu ilə bitirmək ssenarisinə üstünlük verir. Proqnozlara görə, Rusiya ordusu yay aylarında Ukraynanın cənubunda və Donbasda genişmiqyaslı hücum əməliyyatlarına başlamaq niyyətindədir.

Strateji ehtiyatlar işə salınır

Hesabatda vurğulanır ki, Rusiya hərbi komandanlığı bu planları reallaşdırarkən hələ 2025-ci ildən formalaşdırılmasına başlanılan strateji ehtiyatlardan istifadə edəcək. Bu fakt Kremlin müharibəni dayandırmaq fikrində olmadığını göstərir.

Lakin ISW ekspertləri Rusiyanın ambisiyalı planlarına baxmayaraq, ciddi məhdudiyyətlərlə üzləşdiyini diqqətə çatdırıblar. Analitiklərin fikrincə, mövcud ehtiyatlar qarşıya qoyulan hərbi məqsədlərə çatmaq üçün kifayət etməyə bilər:

"Rusiya canlı qüvvə itkilərini bərpa etməkdə çətinlik çəkir ki, bu da uzunmüddətli və intensiv hücum əməliyyatları aparmaq potensialını azaldır".

Hücum istiqamətləri və tarixlər

İnstitut hərbi müşahidəçi Konstantin Maşovetsin proqnozuna istinadən bildirir ki, Rusiyanın yeni genişmiqyaslı hücumu artıq aprel ayında başlaya bilər. Əsas zərbə istiqamətləri kimi Slavyansk-Kramatorsk və ya Orexov-Zaporojye göstərilir.

Buna baxmayaraq, ISW Rusiyanın hazırkı cəbhə vəziyyətini nəzərə alaraq, bu istiqamətlərdə ciddi uğur qazanacağına şübhə ilə yanaşır. İşğalçı qüvvələrin hazırda taktiki səviyyədə ilişib qaldığı və bəyan edilən müddətdə irimiqyaslı planları reallaşdırmaq gücündə olmadığı qeyd edilir.

Dron təhlükəsi artır

Mövzu ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski də açıqlama verib. O bildirib ki, Rusiya bu il pilotsuz sistemlər qoşunlarının şəxsi heyətini 79 min nəfər artırmağı planlaşdırır. Ümumilikdə, qarşı tərəf dron qoşunlarının sayını 165 min nəfərə çatdırmaq niyyətindədir.

Həmçinin məlum olub ki, Rusiya ordusu "tutucu" (interceptor) dronları silahlanmaya qəbul edib və onların istehsalını artırır. Bundan əlavə, döyüş şəraitində yeni "Geran-4" və "Geran-5" reaktiv dronlarının sınaqdan keçirildiyi bildirilir./"Report"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Fevral 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri