KIV: Türkiyə Suriyaya 300 minlik ordu qurmağa kömək edəcək
Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.
Türkiyə Suriyanın yeni hakimiyyətinə 300 minlin nizami ordu yaratmaqda kömək edəcək.
“Report” xəbər verir ki, bu barədə Suriyanın yeni rəhbərliyini təmsil edən general Əhməd Osman "Turkiye" qəzetinə bildirib.
"Məqsədimiz bir il yarım ərzində 300 minlik ordu yaratmaqdır. Ölkə daxilindəki mürəkkəb vəziyyət bunu zəruri edir", - o bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə 70-80 min nəfərlik silahlı qüvvələrin özəyi formalaşdırılacaq və qısa müddətdə onların sayı 150-200 min nəfərə çatacaq.
"Yaradılacaq orduya İdlibdən "Həyat Təhrir əş-Şam" qruplaşmasının təxminən 40 min üzvü, "Suriya Xalq Ordusunun" 50 min əsgəri, həmçinin keçmiş prezident Bəşər Əsəd rejiminin cinayətlərinə qarışmayan hərbçilər və kəşfiyyat əməkdaşları daxil olacaq. Bu mərhələdə Türkiyənin hərbi dəstəyi müstəsna əhəmiyyət kəsb edir", - Ə.Osman qeyd edib.
Qəzetin yazdığına görə, türk hərbi kontingenti Suriya ərazisində beş əhəmiyyətli nöqtədə yerləşdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 24 Dekabr 2024 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















