Kıvanç Tatlıtuğ səyyah olur: Həm gəzəcək, həm də pul qazanacaq
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Uğurlu aktyor Kıvanç Tatlıtuğun yeni layihəsinin təfərrüatları bəlli olub. Məşhur aktyorun rəqəmsal platformalardan biri üçün hazırlanan səyahət və qastronomiya proqramı ilə fərqli ölkələri ziyarət edərək yerli ləzzətləri və mədəniyyətləri ekrana daşıyacaq.
Milli.Az xəbər verir ki, Kıvanç Tatlıtuğ bu dəfə aktyorluqdan fərqli bir layihə ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır. Jurnalist Mehmet Üstündağ TV8 kanalında yayımlanan "Gel Konuşalım" proqramında Tatlıtuğun rəqəmsal platforma üçün səyahət və qastronomiya proqramı hazırladığını açıqlayıb.
Kıvanç Tatlıtuğun hazırlayacağı yeni layihədə fərqli ölkələr ziyarət ediləcək. Məşhur aktyor səyahət edəcəyi bölgələrdə yerli mətbəxləri, adət-ənənələri və mədəni detalları tamaşaçılarla bölüşəcək. Səyahət və qastronomiya mövzulu proqramın Tatlıtuğun ekran karyerasında fərqli bir təcrübə kimi önə çıxacağı gözlənilir.
Sentyabr ayında başlanması planlaşdırılan proqramda Kıvanç Tatlıtuğ fərqli coğrafiyalara gedərək bölgənin özünəməxsus dadlarını və yaşayış mədəniyyətini kəşf edəcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Baxış sayı:159
Bu xəbər 05 Avqust 2026 00:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















