Icma.az
close
up
RU
Kiyev 13 ölkə ilə birgə koalisiya yaradır

Kiyev 13 ölkə ilə birgə koalisiya yaradır

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Koalisiya ballistik raketlərdən müdafiəni gücləndirməlidir

Mayın 9-da Moskvada keçirilən hərbi paraddan sonra Rusiya-Ukrayna cəbhəsində hücumlar yenidən başlayıb. Rusiya Prezidenti Vladimir Putin paradla əlaqədar  mayın 8-i və 9-da Ukrayna ilə atəşkəs barədə əmr vermişdi. Bu addım Ukrayna ilə koordinasiya edilmədən atılsa da, Kiyev atəşkəsə əməl edəcəyini bəyan etmişdi.

Atəşkəs qalıcı olmadı, qarşılıqlı hücumlar artıb

Lakin Ukraynanın təklifinə rəğmən, atəşkəs qalıcı olmayıb, Rusiya hərbi paradın keçirilməsindən sonra hücumlarını bərpa edib. Belə ki, Rusiya qoşunları Kiyev şəhərinə və vilayətinə dron zərbələri endirib. Kiyev bölgəsində uşaq bağçasına dronla zərbə endirilib, paytaxtdakı 16 mərtəbəli binaya isə PUA qalıqları düşüb və yanğın baş verib. Xəsarət alanlar var. Jitomir bölgəsində də hücum nəticəsində avtomobillərə, yaşayış binalarına və yardımçı tikililərə ziyan dəyib.

Dünən gecə Rusiya ordusu Çerniqov bölgəsinə də dron hücumu həyata keçirib. Bu barədə Çerniqov Regional Dövlət Administrasiyasının rəhbəri Vyaçeslav Çaus məlumat verib. Semenovkada dron zərbəsindən sonra bir ev yanıb. Koryukovski rayonunun Menska qəsəbəsində dron zərbələri yardımçı tikililərə ziyan vurub. Xarkov bölgəsində iki kənddə də hücumlar qeydə alınıb. Xarkov vilayətinin Dövlət Təcili Yardım Xidmətinin məlumatına görə, Kupyansk rayonunun Veliki Burluk kəndində düşmən dronu infrastruktur obyektinə zərbə endirib. Bir avtobus və bir yük maşını alovlanıb. Təcili yardım briqadaları yanğını söndürüb, insan tələfatı olmayıb. Xarkov rayonunun Bezruki kəndində bir evə dron zərbəsi endirilib. Bir yardımçı bina alovlanıb və yaşayış binasına ziyan dəyib. Yanğın söndürülüb və itki olmayıb. Bundan əlavə, Xarkovda pilotsuz uçuş aparatı evin damına zərbə endirib və bir sakini yaralayıb. Pavloqradda isə  Rusiya ordusu yaşayış məntəqəsinə hücum edib. Doqquzmərtəbəli binaya və bir neçə avtomobilə ziyan dəyib, iki nəfər yaralanıb. Nəqliyyat infrastrukturuna da ziyan dəyib.

Rusiyanın Dnepropetrovsk vilayətinə hücumları nəticəsində isə 8 nəfər həlak olub, 11 sakin yaralanıb. Bu barədə regional hərbi administrasiyanın rəhbəri Aleksandr Qanja “Telegram” platformasında məlumat verib. Onun sözlərinə görə, ruslar bölgənin üç rayonuna təxminən 30 dəfə hücum ediblər. Nikopol rayonunda hücumlar Nikopol, Marqanets, Mirovsk, Pokrovsk və Krasnoqriqoryevski yaşayış məntəqələrini hədəf alıb. Bu ərazilərdə infrastruktur, şəxsi evlər və avtomobillərə ziyan dəyib. Hücumlar zamanı 3 nəfər yaralanıb, 16 yaşlı oğlan orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, daha iki nəfər ambulator müalicə alır.

Sinelnikovski rayonunda ruslar Dubovikovska və Nikolayevska icmalarına hücum ediblər. Burada 20-dən çox evə ziyan dəyib, iki nəfər ölüb. Mayın 12-də rayona edilən hücum nəticəsində daha doqquz evə ziyan dəyib, dörd nəfər həlak olub, daha dörd sakin yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.  Krivoy Roqda bir müəssisə, infrastruktur və qaz kəməri zədələnib. Burada iki nəfər ölüb, daha dörd nəfər yaralanıb.

Moskva Kiyevin təklifini qəbul etməyib

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hücumlarının cavabsız qalmayacağını bildirib. O vurğulayıb: “Rusiya özü bir neçə gün davam edən atəşkəsi dayandırmağı seçdi. Gecə ərzində Ukraynaya 200-dən çox hücum dronu buraxıldı. Cəbhə xəttinə yenidən 80-dən çox hava bombası atıldı, 30-dan çox hava hücumu qeydə alındı. Dnepr, Jitomir, Xarkov və Nikolayev vilayətlərində hücum dronları vuruldu”.

Ukraynanın xarici işlər naziri Sibiqa isə qeyd edib ki, Kiyev Moskvaya atəşkəsin 11 maydan sonra da  uzadılmasını təklif edib: “Rusiyanın bu təklifi rədd etməsi onun üçün müvafiq nəticələrə səbəb olmalıdır. Ukraynanın təsirli, uzunmüddətli sanksiyaları və tərəfdaşlarımızın qətiyyətli addımları ilə daha güclü təzyiqə ehtiyac var”.

Hücumlara cavab olaraq Ukrayna Müdafiə Qüvvələri müvəqqəti işğal olunmuş Donetsk, Luqansk və Zaporojye vilayətlərindəki Rusiya ordusunun komandanlıq, logistika və canlı qüvvə mərkəzlərinə zərbələr endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Selydov yaxınlığında iki düşmən komandanlıq və müşahidə məntəqəsi və bir komandanlıq məntəqəsi vurulub. Bundan əlavə, Donetsk vilayətinin Pokrovsk yaxınlığında Rusiya ordusunun PUA-sı üçün komandanlıq məntəqəsinə zərbə endirilib. Ukrayna qüvvələri, həmçinin Zaporojye vilayətinin Novopoltavka şəhərindəki təchizat anbarına və Luqansk vilayətinin Rassvet şəhərindəki təmir bölməsinə zərbələr endirib. Digər hədəflərlə yanaşı, Donetsk bölgəsindəki strateji ərazi olan Donetskdə və Zaporojye bölgəsindəki strateji ərazi olan Oxrimovkada Rusiya ordusunun canlı qüvvəsinin cəmləşdiyi ərazilər də vurulub.

Kiyev Avropadakı tərəfdaşlarına inanır

Belə bir şəraitdə Kiyev beynəlxalq tərəfdaşları ilə Rusiyanın hücumlarının qarşısını almaq üçün yeni variantlar üzərində işləyir. Belə ki, Ukrayna Avropa tərəfdaşları ilə birgə ballistik raketlərdən müdafiə üzrə koalisiya yaratmağa hazırlaşır. Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib: “Avropalı tərəfdaşlarımıza təşəkkür etmək istəyirəm: milli təhlükəsizlik məsələləri üzrə müşavirlər səviyyəsində görüş keçirilib. Biz Avropada ballistik raketlərdən müdafiə sistemlərinin istehsalı mövzusunu tədricən irəli aparırıq və bununla bağlı koalisiya formalaşdırırıq. Bunu etməyə dəyər və hazırda biz nəticəyə həmişəkindən daha yaxınıq. Həmin görüşdə 13 ölkə və NATO Baş katibinin ofisi təmsil olunub. Bu, çox vacib təşəbbüsdür”. Onun sözlərinə görə, Ukraynanın bu gün həm cəbhədə, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıqda mövqeyi güclüdür. O, Ukrayna və Avropanın müdafiəsinin bundan sonra da gücləndirilməsinin vacibliyini qeyd edib. “Ukrayna müharibədə tab gətirməli, müstəqilliyini qorumalı, insanların təhlükəsizliyini təmin etməlidir. Bu, mütləq olacaq”, - Ukrayna lideri yekunlaşdırıb. Beləliklə, Kiyev hesab edir ki, tərəfdaşlarının dəstəyi ilə Rusiyanı sülhə məcbur etmək olar.

N.BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see225

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see223

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see223

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see222

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see216

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see211

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see206

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see202

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see188

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see185

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see185

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see183

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see177

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see173

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see170

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see170

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see169

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see167

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see166

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri