Müharibə başlasa, yanacaq tapılmayacaq NATO dan həyəcan təbili
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
NATO yaxın on il ərzində genişmiqyaslı müharibə başlayacağı təqdirdə ciddi aviasiya yanacağı qıtlığı ilə üzləşə bilər.
Bizim.Media "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə alyansın Enerji Təhlükəsizliyi üzrə Qabaqcıl Təcrübə Mərkəzinin hesabatında qeyd olunub.
Mərkəzin məlumatına görə, mədən enerji daşıyıcılarından imtina və neft emalının azaldılması təhlükəli problemlər yarada bilər.
Belə ki, yaxın onillikdə avropalıları və onların amerikalı müttəfiqlərini əhatə edəcək böyük bir münaqişə baş verərsə, bu, aviasiya yanacağına olan tələbatın kəskin artmasına səbəb olacaq.
Hesabatda vurğulanır ki, belə bir ssenari zamanı hətta mülki tədarüklərin tamamilə hərbi ehtiyaclara yönəldilməsi belə yanacaq çatışmazlığını aradan qaldırmağa yetməyəcək.
Proqnozlara əsasən, 2050-ci ilə qədər aviasiya yanacağı qıtlığı təxminən 50 milyon tona çata bilər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 Noyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















