Kiyev bütün sərhədləri keçib! İran Ukraynaya zərbə endirə bilər
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə zərbə endirdiyi iddia olunur. Bu, Tehranın Kiyevə qarşı hərbi güc tətbiq etməsinə səbəb ola bilər.
Turkustan.az xəbər verir ki, bu barədə "The American Conservative" nəşrinə müsahibəsində Avropa Xarici Əlaqələr Şurasının İran üzrə eksperti Elli Geranmaye danışıb.
Onun sözlərinə görə, Kiyev "bütün sərhədləri keçib" və İranın yeni rəhbərliyi əvvəlkilərlə müqayisədə daha riskli addımlar atmağa hazırdır.
Ekspert hesab edir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri ərəfəsində baş verən insident təsadüfi deyil. Geranmayenin fikrincə, Kiyev bu addımla ABŞ prezidenti Donald Trampın dəstəyini qazanmağa çalışıb.
Bundan əvvəl İran parlamentinin vitse-spikeri Əli Nikzad da bəyan etmişdi ki, ölkəsi Xəzər dənizində ticarət gəmisinə edilən hücumu cavabsız qoymayacaq. O bildirib ki, İran Silahlı Qüvvələri hücumun həyata keçirildiyi istənilən nöqtəyə zərbə endirmək imkanına malikdir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə Qərb ölkələrini Kiyevin bu cür aqressiv addımlarına görə məsuliyyət daşıdığını bəyan edib./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 28 İyul 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















