Icma.az
close
up
RU
Kiyev “Dinamo”su yanvarda AL ilə vidalaşacaq

Kiyev “Dinamo”su yanvarda AL ilə vidalaşacaq

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dekabrın 11-12-də Avropa Liqasının (AL) əsas mərhələsində 6-cı turun oyunları keçirildi. Artıq pley-offa vəsiqəni təmin edən ilk 7 komanda bəllidi.

Qeyd edək ki, hələlik bu komandalardan heç birinin birbaşa 1/8 finalda oynayacağı dəqiqləşməyib. Başqa sözlə,azarkeşlərini erkən sevindirənlər buna gələn ilin yanvarına təyin olunan son iki turda xal ehtiyatını artırmaqla nail olmağa çalışacaqlar.
İlk 4 turda maksimum nəticə göstərən “Latsio”nun qələbə seriyası “Ludoqorets”lə növbəti oyunda qırılmışdı. Nəticədə vahid liqa mərhələsində xal itirməyən komanda qalmamış və turnir cədvəlində üçhakimiyyətlilik yaranmışdı. Evdə gözlənilməz xal itkisinə baxmayaraq, topların daha yaxşı fərqinə əsasən 1-ci yerdə qalan “Latsio” Niderlandda “Ayaks”a 3:1 hesabıyla qalib gəldi. Baş məşqçi Marko Baroni bu komanda ilə ilk 6 avrokubok oyununda 5 qələbəyə nail olub ki, bu nəticəyə sonuncu dəfə Roma klubunun sabiq çalışdırıcısı, avqustda 76 yaşında dünyasını dəyişən Sven-Yoran Erikssonun dövründə təsadüf edilmişdi. Paytaxt komandası indi də topların daha yaxşı fərqinə görə 1-ci yerdədi.
Romalıların liderlik planında yeganə şəriki “Fənərbaxça”nı Türkiyədə iki cavabsız qolla məğlub edən “Atletik”di. Hesabat turuna şərikli lider kimi başlayan “Ayntraxt” (Frankfurt) isə Lionda eyniadlı rəqibinə 2:3 hesabıyla uduzaraq 5-ci yerə düşdü. Almaniya və Fransa klublarının hesabında 13 xal var. Onlardan üst pilləyə isə “Slaviya”ya Çexiyada 2:1 hesabıyla qalib gələn “Anderlext” yüksəldi.
Beləliklə, “Latsio”, “Atletik”, “Anderlext”, “Lion”, “Ayntraxt”, “Qalatasaray” və “Mançester Yunayted” vahid liqa mərhələsinin sonuna iki tur qalmış azı pley-offda iştirakını təmin etdi. MY-nin buna 6-cı turda nail olması diqqətdən yayınmır. Məsələ ondadı ki, İngiltərə nəhəngi sabiq çalışdırıcısı Erik ten Haqla ilk üç oyunu heç-heçə başa vurmuşdu. Onun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Ruud van Nistelroy PAOK üzərində qələbəyə (2:0) sevinmişdi.
“Qırmızı şeytanlar”ın başında “Bude/Qlimt” ilə oyunda 3:2 hesablı ilk qələbəsini qazanan Ruben Amorimin növbəti sınağı da uğurlu alındı. MY Plzendəki matçın gedişində Onananın kobud səhvindən sonra hesabda geri düşsə də, sonda “Viktoriya”ya 2:1 hesabıyla qalib gəldi. “Bude/Qlimt”dən sonra plzenlilərin də qapısına iki dəfə yol tapan Höylunn indi 5 qolla AL-in şərikli bombardirləri sırasındadı. Amorimin ilk iki avrokubok oyununda qalib gəlməklə klubun əfsanəvi çalışdırıcıları Mett Basbi ilə Aleks Ferqyusonun göstəricisini təkrarladığını da qeyd edək.
Təəssüf ki, vahid liqa mərhələsi yeganə təmsilçimiz üçün uğursuz davam edir. İlk 5 turda “Tottenhem” (0:3), “Malmö” (1:2), “Ayaks” (0:3) və “Lion”dan (1:4) xal ala bilməyən və yalnız “Bude/Qlimt”ə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” 36 komanda arasında 32-ci yerdə idi. Ağdamlılar cümə axşamı “Elfsborq”a da uduzdular (0:1) və 5-ci məğlubiyyət Azərbaycanın son çempionunu turnir cədvəlində 33-cü yerə saldı. Bu nəticə isə “Qarabağ”ın praktiki olaraq mübarizəni əsas mərhələdə dayandıracağı deməkdi.
Ümumiyyətlə, cari mövsüm postsovet məkanından olan komandalar üçün uğursuz keçir. “Makkabi”yə 1:2 hesabıyla uduzan RFŞ 2 xalla cədvəlin 34-cü pilləsindədi. İlk 5 turda xal qazana bilməyən Kiyev “Dinamo”su isə bu dəfə “Real Sosyedad”dan üç cavabsız top buraxdı. Ukrayna klubu AL-də pley-offda oynamaq şansını itirən ilk iştirakçı oldu.
əsas mərhələ, 6-cı tur
Ayaks (Niderland) - Latsio (İtaliya) 1:3

B.Traore, 47 – Çauna, 12. Dele-Başiru, 52. Pedro, 77.
Latsio: Mandas, Latsari (Maruşiç, 46), Patrik (Xila, 72), Jiqo, Luka Pelleqrini (Tavareş, 69), Rovella, Dele-Başiru, Pedro (Genduzi, 88), Çauna, Dia (Zakkanyi, 46), Kastelyanos.
Lion (Fransa) - Ayntraxt (Frankfurt, Almaniya) 3:2
Şerki, 27. Fofana, 50. Nuama, 54 - Knauff, 18. Marmuş, 85.
Lion: Perri, Talyafiko (Abmer, 81), Çaleta-Sar, Niakate, Matiç, Tolisso (Tessmann, 81), Meytlend-Nayls, Şerki (Benrahma, 73), Lakazett (Mikautadze, 81), Fofana, Nuama (Veretu, 72).
Ayntraxt: Trapp, Kollins, Kox, Tuta (Sxiri, 46), Teate, Nkunku (Kristensen, 46), Götse (Uzun, 63), Daud, Şaibi (Marmuş, 63), Knauff (Bahoya, 80), Ekitike.
Viktoriya (Plzen, Çexiya) - Mançester Yunayted (İngiltərə) 1:2
Vıdra, 48 - Höylunn, 62; 88.
Mançester Yunayted: Onana, Mazraui, De Liqt, L.Martines, Dalot (Qarnaço, 81), Kazemiro (Uqarte, 61), Diallo, B.Fernandeş, Malasiya (Antoni, 61), Zirkzee (Maunt, 61), Reşford (Höylunn, 56).
Reyncers (Şotlandiya) - Tottenhem (İngiltərə) 1:1
İqamane, 47 - Kulusevski, 75.
Tottenhem: Forster, Porro, Drequşin, Udoci, Bentankur (Sarr, 61), Bissuma (Berqvall, 61), Qrey, Meddison, Son Hın Min, Verner (Kulusevski, 46), Conson (Solanke, 60).
Real Sosyedad (İspaniya) - Dinamo (Ukrayna) 3:0
Oyarsabal, 19; 33. Beker, 24.
Real Sosyedad: Remiro, Subeldiya, Agerd, Munyos, Aramburu (Odriosola, 58), Mendes (Marin, 46), Olasaqasti, U.Qonsales (Turryentes, 78), Beker, Oyarsabal (Oskarsson, 58), Kubo (Maqunaselaya, 58).
Roma (İtaliya) - Braqa (Portuqaliya) 3:0
Lorentso Pelleqrini, 10. Əbdülhəmid, 47. Ermoso, 90+1.
Roma: Svilar, Əbdülhəmid, Mançini, Hummels (Ermoso, 74), Ndika, Zalevski, Kone, Pizilli (Le Fe, 85), Sule (Əl-Şaaravi, 74), Lorentso Pelleqrini (Salemakers, 74), Dibala (Dovbik, 46).
Hoffenhaym (Almaniya) - FKSB (Rumıniya) 0:0
Hoffenhaym: Baumann, Çaves (Akpoquma, 64), Kaderjabek, Nsoki, Yurasek (Prass, 74), Ştax, Samasseku, Bruun Larsen (Tabakoviç, 72), Bişof (Qeyqer, 64), Kramariç, Qlojek (Moerştedt, 46).
Yunion (Belçika) - Nitsa (Fransa) 2:1
İvanoviç, 33; 90+2 - Qessan, 45+1.
Nitsa: Bulka, Luşe, Bombito, Rosario, Nancu (Kloss, 65), Badaui (Monteyro, 90+3), İ.Kamara (Ndombele, 65), Diop (Busnina, 90+1), Buanani, Mukoko (Lyabord, 65), Qessan.
Elfsborq (İsveç) - QARABAĞ (AZƏRBAYCAN) 1:0
Kasem, 57.
Fənərbaxça (Türkiyə) - Atletik (İspaniya) 0:2
İ.Uilyams, 5; 45.
PAOK (Yunanıstan) - Ferentsvaroş (Macarıstan) 5:0
Tayson, 10. Brendon, 29. Çalov, 76. Jivkoviç, 80-p. Despodov, 89.
Malmö (İsveç) - Qalatasaray (Türkiyə) 2:2
Botheym, 24. Penya, 90+2 – Yelert, 43. Akgün, 56.
Olimpiakos (Yunanıstan) - Tvente (Niderland) 0:0

Ludoqorets (Bolqarıstan) - Alkmaar (Niderland) 2:2
Çoçev, 60, Dua, 63 – Van Bommel, 14. Maikuma, 19.
Bude/Qlimt (Norveç) - Beşiktaş (Türkiyə) 2:1
Zinkernaqel, 37. Byortuft, 43 - J.Fernandeş, 21.
Portu (Portuqaliya) - Midtüllann (Danimarka) 2:0
Namaso, 30. Omorodion, 56.
Slaviya (Çexiya) - Anderlext (Belçika) 1:2
Xorı, 58 – Anqulo, 8. Versxaren, 31.
Makkabi (Təl-Əviv, İsrail) - RFŞ (Latviya) 2:1
Naxmias, 16. Stoiç, 69 – Savalnieks, 52.
1. Latsio 6 5 1 0 14-3 16
2. Atletik 6 5 1 0 11-2 16
3. Anderlext 6 4 2 0 11-6 14
4. Lion 6 4 1 1 15-7 13
5. Ayntraxt F 6 4 1 1 12-8 13
6. Qalatasaray 6 3 3 0 15-11 12
7. Mançester Y 6 3 3 0 12-8 12
8. Reyncers 6 3 2 1 13-7 11
9. Tottenhem 6 3 2 1 11-7 11
10. FKSB 6 3 2 1 7-5 11
11. Ayaks 6 3 1 2 14-6 10
12. Real Sosyedad 6 3 1 2 10-6 10
13. Bude/Qlimt 6 3 1 2 10-9 10
14. Roma 6 2 3 1 8-5 9
15. Olimpiakos 6 2 3 1 5-3 9
16. Ferentsvaroş 6 3 0 3 11-10 9
17. Viktoriya P 6 2 3 1 10-9 9
18. Portu 6 2 2 2 12-10 8
19. Alkmaar 6 2 2 2 9-9 8
20. Yunion 6 2 2 2 5-5 8
21. Fənərbaxça 6 2 2 2 7-9 8
22. PAOK 6 2 1 3 10-8 7
23. Midtüllann 6 2 1 3 5-7 7
24. Elfsborq 6 2 1 3 8-11 7
25. Braqa 6 2 1 3 7-10 7
26. Hoffenhaym 6 1 3 2 5-8 6
27. Makkabi T-Ə 6 2 0 4 7-13 6
28. Beşiktaş 6 2 0 4 6-13 6
29. Slaviya 6 1 1 4 5-7 4
30. Tvente 6 0 4 2 4-7 4
31. Malmö 6 1 1 4 6-12 4
32. Ludoqorets 6 0 3 3 3-8 3
33. Qarabağ 6 1 0 5 4-14 3
34. RFŞ 6 0 2 4 5-12 2
35. Nitsa 6 0 2 4 6-14 2
36. Dinamo 6 0 0 6 1-15 0
Bombardirlər: Varqa (Ferentsvaroş), Akgün (Qalatasaray), Omorodion (Portu), Höylunn (Mançester Yunayted) - 5.
Növbəti turun oyunları gələn il yanvarın 21-23-ü aralığında keçiriləcək: Qalatasaray – Dinamo, Beşiktaş – Atletik, QARABAĞ – FKSB, Alkmaar – Roma, Portu – Olimpiakos, Viktoriya P – Anderlext, Fənərbaxça – Lion, Bude/Qlimt - Makkabi T-Ə, Malmö – Tvente, Hoffenhaym – Tottenhem, Ayntraxt F – Ferentsvaroş, RFŞ – Ayaks, Elfsborq – Nitsa, Mançester Yunayted – Reyncers, PAOK – Slaviya, Ludoqorets – Midtüllann, Yunion – Braqa, Latsio – Real Sosyedad.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Dekabr 2024 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri