Icma.az
close
up
RU
Kiyev tərəf kimi arxa planda qalacaq... Tramp Putin danışığının PƏRDƏARXASI

Kiyev tərəf kimi arxa planda qalacaq... Tramp Putin danışığının PƏRDƏARXASI

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Tramp dünən həm Putin, həm də Zelenski ilə telefonla danışıb. Hər iki danışıq təxminən 1 saatdan çox çəkib. Qeyd edək ki, daha əvvəl Tramp dərhal danışıqlara başlamaq niyyətində olduğunu vurğulamışdı. 

Danışıqların mətbuata açıqlanan detalları ortaya hansı şərtlər altında sülhün çıxacağını şərtləndirir? Tərəflər nə kimi qarşılıqlı güzəştlərə gedə bilərlər?


Mövzu ilə Sfera.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Tramp-Putin danışıqları fonunda Ukraynanın ağrılı güzəştlərə məcbur ediləcəyi aydınlaşır və Trampın Putinlə danışıqların təfərrüatları haqqında açıqlamaları da bu yöndədir.

Onun sözlərinə görə, ABŞ Ukraynada Rusiyaya iki strateji güzəştə getməyə hazırlaşır:

“Birincisi, Ukrayna ərazilərinin Rusiyaya verilməsidir. Bunun hansı ssenari üzrə baş verəcəyi bəlli olmasa da, açıqlamalar müəyyən ehtimalları önə çıxarır. Pentaqonun rəhbəri Pit Heqset Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Brüsseldə keçirilən toplantısında bəyan etdi ki, müharibənin dayandırılması ilə bağlı istənilən danışıqlarda Ukraynanın 2014-cü il sərhədlərini bərpa edə biləcəyini gözləmək qeyri-realdır:. Vaşinqton Tramp-Putin danışıqlarından öncə mövqeyini açıqlamışdı. Ardınca Putinlə danışan Tramp da bəyan etdi ki, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtması çətindir. Kiyevi güzəştə dəvət edən Vaşinqton Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsinin geri qayıdacağını da vurğulayır. Bunun blef olduğunu düşünmək çətindir, çünki Ukrayna hazırda nə qədər diktə edilən tərəf olsa da, ümumi konsensusun tapılması üçün onun da mövqeyi nəzərə alınmalıdır.

A.Nərimanlı qeyd etdi ki, verilən açıqlamalardan bir neçə versiya ortaya çıxır:

“Belə ki, 2014-cü ildən öncəki sərhədlərə qayıtmamaq Krımın və Donbasın əvvəl işğal edilmiş hissəsinin Rusiyaya verilməsi deməkdir. Bunun hansı formada – de-fakto, yoxsa de-yure olacağı sual altındadır. Moskvanın şərtlərindən biri bu ola bilər ki, Kiyev bu ərazilərdən de-yure imtinaya məcbur edilsin.  Həmçinin, danışıqlar masasında 2022-ci ildən sonra işğal edilmiş ərazilər müzakirə edilə bilər. Rusiyanın zəbt etdiyi ərazilərdən tamamilə çıxması ehtimalı azdır, hərçənd, Ukrayna ordusunun Kursku tərk etməsi qarşılığında “ərazi mübadiləsi” mümkün ssenarilərdəndir. Tramp “o torpaqların bir hissəsi geri qayıdacaq” dedikdə bunu nəzərdə tuta bilər. İkincisi, Ukraynanın NATO-ya üzvlüyünün arxa plana keçməsidir. Bunun qeyri-mümkün olduğu müharibədən öncə də məlum idi, lakin Rusiya bu bəhanə ilə hücuma keçdi, Bayden administrasiyası da Putinlə müharibədə bu məsələni aktual saxladı. Tramp Pentaqon rəhbərinin bununla bağlı dediyi fikirləri dəstəkləyib. Bildirib ki, Ukraynanın NATO-ya üzv olması praktiki olaraq mümkün deyil. Bu, Rusiyanın müharibədən öncə ABŞ/NATO-ya təqdim etdiyi paket tələb-təklifində Ukraynanın Şimali Alyansa üzv olmaması müddəasının Vaşinqton tərəfindən qəbul edilməsi – ikinci güzəştidir”.

Siyasi şərhçinin fikrincə, Tramp və Putinin Səudiyyə Ərəbistanında görüşünə qədər razılaşma üzərində iş aparılacaq:

“Bunun Moskva-Kiyev razılaşmasından daha çox, Moskva-Vaşinqton razılaşması olacağı, Ukrayna məsələsinin anlaşmaya müddəa olaraq daxil ediləcəyi görünür. Və “nəzarət zonaları” üzərində qeyri-rəsmi razılaşmanın olması da istisna edilməməlidir. Bu görüşə qədər ABŞ Trampın da dediyi kimi, “Ukraynaya yardım göndərməyə davam edəcək”, məqsəd Rusiyanın danışıqlar ssenarisindən kənara çıxmasını önləməkdir. Rəsmi Kiyev danışıqlarda tərəf kimi de-fakto arxa planda qala bilər. Əslində, Trampın öncə Putinlə danışması, daha sonra Zelenskiyə bunu diktə etməsi çox şeyi ifadə edir”.

Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Fevral 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri