Icma.az
close
up
RU
“Azərbaycan elmi özünü maliyyələşdirməyə başlayacaq” Ekspertdən iddialı AÇIQLAMA

“Azərbaycan elmi özünü maliyyələşdirməyə başlayacaq” Ekspertdən iddialı AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Elmə ayrılan maliyyənin “geri dönüşü” yalnız birbaşa iqtisadi gəlir kimi deyil, dövlətin strateji inkişaf gücünü formalaşdıran uzunmüddətli kapital kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində vurğuladığı “elm potensialı gələcək inkişafın əsas dayağıdır” tezisi məhz bu yanaşmanın siyasi çərçivəsini müəyyənləşdirir: elm yalnız xərc deyil, dövlətin gələcək rəqabət qabiliyyətinin qiymətini müəyyənləşdirən investisiyadır. Bunun geri qaytarılması mexanizmi isə həm qanunvericilik, həm də innovasiya bazarının quruluşu üzərində formalaşır. “Elm haqqında” Qanunun 5-ci maddəsində qeyd olunur ki, dövlət elmi fəaliyyətin nəticələrinin iqtisadi dövriyyəyə daxil olmasını təşkil etməli və elmin kommersiyalaşdırılmasını stimullaşdırmalıdır. Bu norma göstərir ki, elmin dəyəri laboratoriyada deyil, iqtisadiyyatda ölçülür".

Bu fikirləri Redaktor.az-a açıqlama verən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri, təhsil eksperti Kamran Əsədov bildirdi.

Onun sözlərinə görə, statistika göstərir ki, dünya üzrə elmi tədqiqatlara investisiya edən ölkələrin iqtisadi artımı daha dayanıqlı olur.

"OECD məlumatına əsasən, ÜDM-in 2 faizindən çoxunu elmə ayıran ölkələrdə yüksək texnoloji məhsul ixracı ümumi ixracın orta hesabla 26–30 faizini təşkil edir. Cənubi Koreyanın elmə ayırdığı vəsait ÜDM-in 4,8 faizidir və bu ölkə hər il 90 milyard dollardan çox yüksək texnoloji məhsul ixrac edir. İsraildə bu göstərici 5,4 faizdir və ölkə hər il startap iqtisadiyyatından 50 milyard dollara yaxın gəlir əldə edir. Bu təcrübələr göstərir ki, elmə ayrılan vəsait yalnız xərclənmir, ölkənin xarici ticarət strukturunu, rəqabət gücünü və innovasiya bazarını dəyişərək dəfələrlə geri qaydır.

Azərbaycan reallığında elmə qoyulan investisiyanın geri dönüşü üçün ən vacib mexanizm elmi nəticələrin kommersiyalaşdırılması, yəni elmin iqtisadi dövriyyəyə daxil edilməsidir. “Elm haqqında” Qanunun 28-ci maddəsi innovativ məhsulların istehsalının dəstəklənməsini dövlətin vəzifəsi kimi müəyyənləşdirir, lakin uzun illər ərzində bu maddə praktiki müstəviyə çevrilmirdi. Son beş ildə Elm və Təhsil Nazirliyinin apardığı islahatlar universitetlərdə innovasiya ofislərinin yaradılması, startap qrantlarının verilməsi, AMEA-universitet-biznes əməkdaşlığının genişləndirilməsi elmi məhsulun bazara çıxışı üçün real mexanizm formalaşdırıb. Bu siyasət müsbət qiymətləndirilməlidir, çünki elmin ən böyük problemi məhz iqtisadiyyatdan təcrid olunmuş vəziyyət idi. Nazirliyin atdığı addımlar elmi fəaliyyətə həm iqtisadi motivasiya, həm də sosial legitimlik gətirib".

K.Əsədov qeyd etdi ki, elmə ayrılan maliyyənin geri dönməsi üçün ilk mexanizm patent və lisenziya gəlirləridir:

"Hazırda Azərbaycan alimlərinin illik patent fəaliyyətinin ÜDM-də payı 0,01 faizdən aşağıdır, halbuki Türkiyədə bu göstərici 0,3 faiz, Cənubi Koreyada isə 1,2 faizdir. Patentlərin iqtisadi dövriyyəsi artırıldıqca dövlətin elmə yatırdığı investisiya birbaşa gəlir formasında geri qayıdır. Bu model artıq bir çox universitetdə tətbiq olunan “royalty paylanması” sistemi ilə gücləndirilməlidir. İkinci mexanizm startap və spin-off şirkətləridir. Dünya təcrübəsi göstərir ki, universitet əsaslı startaplar dövlətin elmə yatırdığı investisiyanı 5-12 dəfə çox geri qaytarır. Məsələn, Stanford Universiteti spin-off şirkətləri vasitəsilə 2022-ci ildə ABŞ iqtisadiyyatına 600 milyard dollarlıq töhfə verib. Azərbaycan universitetlərində bu mexanizmin tətbiqi yeni başlayır və Nazirliyin təşviq etdiyi innovasiya mühiti burada açar rolu oynayır. Üçüncü mexanizm sənaye ilə birgə tədqiqat müqavilələridir. OECD ölkələrində universitetlərin illik büdcəsinin 12-18 faizi sənaye sifarişləri hesabına formalaşır. Azərbaycanda bu göstərici 1-2 faizdir və artım üçün böyük potensial mövcuddur. Sənaye-universitet əməkdaşlığı gücləndikcə dövlətin maliyyə yükü azalır, elm özünü maliyyələşdirmə mərhələsinə keçid edir.

Dördüncü mexanizm insan kapitalının məhsuldarlığıdır. Alim hazırlığına yatırılan sərmayə uzunmüddətli dövrdə yüksək gəlir gətirir. Dünya Bankının hesablamalarına görə, tədqiqatçıların hər 1 faizlik artımı ölkənin ümumi məhsuldarlığını 0,3 faiz artırır. Azərbaycan üçün bu xüsusilə əhəmiyyətlidir, çünki qeyri-neft sektorunun gələcək inkişafı elmi biliklərə əsaslanan istehsal sahələrindən asılı olacaq. Prezidentin “elmin ixrac potensialı artırılmalıdır” çağırışı bu hədəfin strateji mahiyyətini göstərir".

Müsahibimiz əlavə etdi ki, dəyişəcək əsas məsələ ondan ibarət olacaq ki, elm artıq yalnız dövlət büdcəsi hesabına yaşayan sistem olmayacaq, öz iqtisadi çevikliyini yaratmağa başlayacaq:

"Elmi nəticələrin patentləşdirilməsi, universitet-sənaye əməkdaşlığının genişlənməsi, startap ekosisteminin gücləndirilməsi elmə ayrılan vəsaitin geri dönüşünü sürətləndirəcək. Dəyişməli olan isə elmi idarəetmənin iqtisadi motivasiyalar əsasında yenidən qurulmasıdır: alimlərin gəlirlərinin bir hissəsinin kommersiya məhsullarından formalaşması, universitetlərdə texnologiya transfer ofislərinin tam fəaliyyət göstərməsi, elmi nəticələrin qiymətləndirilməsinin yalnız məqalə sayı ilə deyil, iqtisadi təsiri ilə ölçülməsi. Bu yanaşma həm dünya standartlarına uyğundur, həm də Elm və Təhsil Nazirliyinin son illərdə qurduğu modern elmi ekosistem üçün məntiqi addımdır. Nazirliyin apardığı islahatlar elmin iqtisadi funksiyasını gücləndirir və dövlətin elmə ayırdığı vəsaitin uzunmüddətli, dayanıqlı gəlir mənbəyinə çevrilməsinə şərait yaradır. Elm yalnız dəyər yaradan sahə deyil, həm də düzgün idarə olunanda özünü maliyyələşdirə bilən strateji aktivə çevrilir və məhz bu model Azərbaycanın gələcək rəqabət üstünlüyünü təmin edəcək".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri