Icma.az
close
up
RU
Ermənistanda revanşist qüvvələr sülh prosesinə mane olmağa çalışırlar Deputat

Ermənistanda revanşist qüvvələr sülh prosesinə mane olmağa çalışırlar Deputat

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.

Bu barədə Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciətində deyilir.

Ermənistanın revanşist dairələrinin bu prosesə mane ola biləcəyi ehtimal varmı və bu risklər necə qiymətləndirilir?

Redaktor.az-ın sualına cavab olaraq Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirdi ki, təbii olaraq Azərbaycan icması, yəni Qərbi Azərbaycan İcması yaxın zamanda Ermənistanla dialoq quraraq ləyaqətli və təhlükəsiz şəkildə öz dədə-baba yurdlarına qayıtmaq istəyir:

"Bu, artıq tarixi faktdır ki, uzun illər, hətta əsrlər boyunca həmin torpaqlarda Azərbaycan əhalisi yaşayıb. Lakin 20-ci əsrdə baş vermiş müxtəlif dalğalı deportasiyalar nəticəsində onlar öz evlərindən qovulmuş və məcburi şəkildə köçürülmüşlər. Bu səbəbdən icmanın qayıtmaq istəyi tamamilə təbiidir. Onlar Ermənistan hökuməti ilə birlikdə bu prosesi müzakirə etməyə hazırdırlar. Artıq Qərbi Azərbaycan İcması Ermənistan hakimiyyətinə rəsmi müraciət də edib".

Millət vəkili əlavə etdi ki, beynəlxalq hüquqa əsasən qaçqınların öz dədə-baba torpaqlarına qayıtmaq hüququ mövcuddur və Ermənistan bu hüququ tanımalıdır:

"Təbii ki, Ermənistanda revanşist qüvvələr var və onlar nəinki Azərbaycan icmasının qayıdışına, hətta sülh prosesinə belə mane olmağa çalışırlar. Amma mən hesab edirəm ki, uzunmüddətli perspektivdə həm sülh əldə ediləcək, həm də icmanın ləyaqətli qayıdışı təmin olunacaq. Ümumilikdə, həmin bölgələrdə Azərbaycan əhalisi yenidən öz yurdlarına dönəcək və bu ərazilərin inkişafına töhfə verəcək".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see330

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see254

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see208

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see202

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see188

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see171

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see142

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see140

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see135

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see127

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri