Icma.az
close
up
RU
Rəsmi Kiyev danışıqlarda tərəf kimi arxa planda qala bilər

Rəsmi Kiyev danışıqlarda tərəf kimi arxa planda qala bilər

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Tramp-Putin danışıqları fonunda Ukraynanın ağrılı güzəştlərə məcbur ediləcəyi və buna cəhd edildiyi aydınlaşır. Trampın Putinlə danışıqların təfərrüatları haqda açıqlamaları da bu yöndədir".

Bu fikirləri Redaktor.az-a politoloq Asif Nərimanlı ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin telefon danışığını şərh edərkən bildirib. Onun fikrincə, ABŞ Ukraynada Rusiyaya iki strateji güzəştə getməyə hazırlaşır:

"Birincisi, Ukrayna ərazilərinin Rusiyaya verilməsidir. Bunun hansı ssenari üzrə baş verəcəyi bəlli olmasa da, açıqlamalar müəyyən ehtimalları önə çıxarır. Pentaqonun rəhbəri Pit Heqset Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun Brüsseldə keçirilən toplantısında bəyan etdi ki, müharibənin dayandırılması ilə bağlı istənilən danışıqlarda Ukraynanın 2014-cü il sərhədlərini bərpa edə biləcəyini gözləmək qeyri-realdır. Vaşinqton Tramp-Putin danışıqlarından öncə mövqeyini açıqlamışdı. Ardınca Putinlə danışan Tramp da bəyan etdi ki, Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtması çətindir. Kiyevi güzəştə dəvət edən Vaşinqton Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsinin geri qayıdacağını da vurğulayır. Ukrayna hazırda nə qədər diktə edilən tərəf olsa da, ümumi konsensusun tapılması üçün onun da mövqeyi nəzərə alınmalıdır.

İkincisi, Ukraynanın NATO-ya üzvlüyünün arxa plana keçməsidir. Bunun qeyri-mümkün olduğu müharibədən öncə də məlum idi, lakin Rusiya bu bəhanə ilə hücuma keçdi, Bayden administrasiyası da Putinlə müharibədə bu məsələni aktual saxladı. Tramp Pentaqon rəhbərinin bununla bağlı dediyi fikirləri dəstəkləyib. Bildirib ki, Ukraynanın NATO-ya üzv olması praktiki olaraq mümkün deyil. Bu, Rusiyanın müharibədən öncə ABŞ/NATO-ya təqdim etdiyi paket tələb-təklifində Ukraynanın Şimali Alyansa üzv olmaması müddəasının Vaşinqton tərəfindən qəbul edilməsi – ikinci güzəştidir".

Politoqun fikrincə verilən açıqlamalardan ortaya bir neçə versiya çıxır:

"İlk versiya 2014-cü ildən öncəki sərhədlərə qayıtmamaq Krımın və Donbasın əvvəl işğal edilmiş hissəsinin Rusiyaya verilməsidir. Bunun hansı formada – de-fakto, yoxsa de-yure olacağı sual altındadır, istisna deyil ki, Kiyev bu ərazilərdən de-yure imtinaya məcbur edilsin. İkinci isə danışıqlar masasında 2022-ci ildən sonra işğal edilmiş ərazilər müzakirə edilə bilər: Rusiyanın zəbt etdiyi ərazilərdən tamamilə çıxması ehtimalı azdır, hərçənd, Ukrayna ordusunun Kursku tərk etməsi qarşılığında “ərazi mübadiləsi” mümkün ssenarilərdəndir. Tramp “o torpaqların bir hissəsi geri qayıdacaq” dedikdə bunu nəzərdə tuta bilər.

Tramp və Putinin Səudiyyə Ərəbistanında görüşünə qədər razılaşma üzərində iş aparılacaq. Bunun Moskva-Kiyev razılaşmasından daha çox, Moskva-Vaşinqton razılaşması olacağı, Ukrayna məsələsinin anlaşmaya müddəa olaraq daxil ediləcəyi görünür. və “nəzarət zonaları” üzərində qeyri-rəsmi razılaşmanın olması da istisna edilməməlidir. Bu görüşə qədər ABŞ Trampın da dediyi kimi, “Ukraynaya yardım göndərməyə davam edəcək”, məqsəd Rusiyanın danışıqlar ssenarisindən kənara çıxmasını önləməkdir. Rəsmi Kiyev danışıqlarda tərəf kimi de-fakto arxa planda qala bilər".

Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Fevral 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see276

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see259

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see257

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see247

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see232

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see231

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see230

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see226

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see224

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see216

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see216

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see209

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see209

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see208

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see204

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see201

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see200

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see195

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see195

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri