Icma.az
close
up
RU
“Kiyev və Aİ Trampın planını rədd edəcək” “ABŞ Konqresi də Trampın yoluna əngəllər qoyacaq” AzPolitika onlayn siyasiictimai qəzet

“Kiyev və Aİ Trampın planını rədd edəcək” “ABŞ Konqresi də Trampın yoluna əngəllər qoyacaq” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, Qərb mətbuatı ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Ukraynadakı müharibənin bitməsinə dair planının bəzi detallarını dərc edib. İddialara görə, planda Rusiyaya ərazi güzəştləri və Ukraynanın NATO üzvlüyünün qeyri-müəyyən vaxta təxirə salınması nəzərdə tutulur ki, bu da daha çox Vladimir Putinin tələblərinə uyğundur, nəinki rəsmi Kiyevin.

“AzPolitika” xəbər verir ki, “Reuters” agentliyinin öz mənbələrinə istinadla yazdığına görə, Ukrayna hakimiyyəti, Aİ üzvləri və bir sıra ABŞ qanunvericiləri Trampın münaqişənin həlli ilə bağlı təkliflərinə qarşı çıxacaq. Çünki mümkün plana Ukraynanın Şimali Atlantika Alyansına qoşulması daxil olmayacaq.

“Reuters” xəbər verir ki, tanınmış analitiklər və keçmiş kəşfiyyatçıların fikrincə, Trampın təklifləri Ukraynanın NATO-ya üzvlüyünü özünün “Qələbə planında” əsas bənd kimi müəyyən edən Zelenskinin qatı müqaviməti ilə üzləşəcək. Aİ ölkələrinin rəhbərliyi və ABŞ Konqresi də Trampın yoluna əngəllər qoyacaq ki, Rusiya ilə bu cür razılaşma mümkünsüz olsun.

Agentlik əlavə edib ki, nəticədə Tramp Kiyevi danışıqlar masasına oturtmaq üçün ümid etdiyindən daha az təsir rıçaqına malik ola bilər, çünki Ukraynanın müttəfiqləri artıq hərbi yardımı artırmağa hazır olduqlarını bildiriblər və ABŞ-nin hazırkı Prezidenti Co Bayden Kiyevə silah göndərməkdə davam edir.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyinin dünənki bəyanatı da Kiyevin NATO üzvlüyü məsələsində israr etdiyini təsdiqləyir. Bəyanatda deyilir ki, Kiyev NATO-ya tam üzvlükdən başqa heç bir təhlükəsizlik zəmanəti ilə razılaşmayacaq. Hətta adı açıqlanmayan ukraynalı məmur “The Wall Street Journal”-a deyib ki, Kiyev 2025-ci ildə hərbi ehtiyaclar üçün Qərbdən 126 milyard dollar tələb edəcək.

Bütün bunlar onu deməyə əsas verir ki, Trampın seçkidən öncə Ukraynada müharibəni 24 saata dayandıracağı barədə verdiyi vədlər getdikcə reallıqdan daha çox uzaqlaşır.

“AzPolitika.info” 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Dekabr 2024 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri