ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqləyib AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qalib gəlib.
“Report” xəbər verir ki, bu, qanunvericilərin birgə sessiyasının yayımından məlum olub.
Qanunverici orqanın hər iki palatasının birgə iclasına konstitusiyaya əsasən Senatın sədri olan ABŞ vitse-prezidenti Kamala Harris sədrlik edir.
Tramp artıq seçkilərin nəticələrinin təsdiqlənməsi üçün yetərli 270 seçici səsini qazanıb.
Xatırladaq ki, 5 noyabr seçkilərinin nəticələrinə görə, Tramp 312 seçici səsi və ümumilikdə 77,3 milyon səs toplayıb. Məğlub olan demokrat Kamala Harris isə 226 seçici səsi və ümumilikdə 75 milyon səs qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 06 Yanvar 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















