Kiyev və Xarkov hücum altında
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rusiyanın hava hücumu nəticəsində Kiyevdə üç nəfər həlak olub. Bu barədə UNİAN məlumat yayıb.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, zərbələr nəticəsində 21 nəfər xəsarət alıb. Yaralılar arasında 8 yaşlı uşaq da var.
Məlumata əsasən, hücumlar şəhərin bir neçə enerji obyektinə yönəlib.
Xarkovda da partlayışlar baş verib və elektrik enerjisinin verilməsində ciddi fasilələr yaranıb.
Xmelnitskidə Ukraynanın sonuncu iri logistika komplekslərindən biri olan “Epitsentr” məhv edilib. Son 24 saat ərzində kompleksə təxminən 10 dəfə hücum olunub. Nəticədə anbarlarda beş böyük yanğın baş verib. Alov malların təxminən 85 faizini məhv edib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, bu dəfə də ballistik raket təhlükəsi barədə məlumat yalnız raketlər paytaxta yaxınlaşarkən əldə edilib. Daha əvvəl kəşfiyyat məlumatlarının vaxtında alınmamasının səbəbi kimi “əlverişsiz hava şəraiti” göstərilib.
Bununla yanaşı, sosial şəbəkə kanalları Rostovda neft emalı zavodunda, eləcə də Rusiyanın ən böyük məlumat emalı mərkəzlərindən birində — Saratov vilayətinin Balakovo şəhərində partlayış baş verdiyini bildiriblər.
Moskvanın meri Sergey Sobyanin isə çərşənbə axşamı axşam saatlarından etibarən Moskva vilayəti istiqamətində 493 pilotsuz uçuş aparatının hərəkət etdiyini bildirib. Onun sözlərinə görə, Rusiyanın paytaxtına yaxınlaşarkən 180 dron məhv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 14 Oktyabr 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















