Icma.az
close
up
RU
Kiyevdə beynəlxalq xeyriyyə festivalında Azərbaycan öz stendi ilə təmsil olunub VİDEO AZƏRTAC

Kiyevdə beynəlxalq xeyriyyə festivalında Azərbaycan öz stendi ilə təmsil olunub VİDEO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Kiyev, 2 dekabr, AZƏRTAC

Ukrayna Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının təşkilatçılığı ilə Kiyevdə “Ukrayna üçün ürəkləri birləşdirin!” adlı beynəlxalq xeyriyyə festivalının rəsmi açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, beynəlxalq festivalda 30-dan çox ölkə ilə yanaşı, Azərbaycan da stendi ilə təmsil olunub. Ukraynadakı səfirliyimizin dəstəyi ilə Azərbaycanın mədəniyyəti, mətbəxi təbliğ olunub. Kiyev sakinlərinə, qonaqlara, xarici ölkələrin diplomatik nümayəndələrinə Azərbaycanın milli mətbəxindən paxlava, şəkərbura, şərablar, çaylar paylanılıb. Bundan başqa, Ukraynada yaşayan və yaradıcılığı ilə tanınan soydaşımız, tətbiqi incəsənət ustası Rəna Səfərovanın hazırladığı milli atributlarımız, musiqi alətlərimiz nümayiş etdirilib.

Festival çərçivəsində Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun dəstəyi ilə “Kavkaz” rəqs qrupu milli rəqslərimizi, o cümlədən “Sarı gəlin”, “Uzundərə”, “Köçəri”ni ifa edib.

“OUTLOOK” layihəsinin baş direktoru Darya Karyakina AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan stendi onda böyük maraq doğurub. “Azərbaycan stendi ilə tanış oldum. Azərbaycanın müxtəlif növ məhsullarını görmək olduqca xoşdur. Bu gün xeyriyyə festivalında insanlar xarici ölkələrin məhsulları ilə tanış olurlar. Azərbaycan da burada öz milli mədəniyyətini, mətbəxini nümayiş etdirir. Azərbaycanın simvolu olan narın maketinin nümayişi festival iştirakçılarında xoş təəssürat yaradır”, - deyə Darya Karyakina əlavə edib.

Kiyev Milli Akademik Operetta Teatrının kommersiya direktoru, Ukraynanın Əməkdar mədəniyyət işçisi Oksana Koqut isə AZƏRTAC-a açıqlamasında iki ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib: “Azərbaycanla Ukrayna arasında uzun müddətdir, mədəni əlaqələr inkişaf edir. Azərbaycan Ukraynada keçirilən bir çox festivallarda uğurla təmsil olunur. Çox pozitiv münasibətlərimiz var. Biz Azərbaycanı çox sevirik, sevimli Bakı, Gəncə və Şəki şəhərlərində olmuşam. Çox gözəl mədəni irsə malik şəhərlərdir. Bu gün beynəlxalq festivalda Azərbaycan çox gözəl stendlə təmsil olunur. Sizin çayı, nar şərabınızı çox sevirəm”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Dekabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see330

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see246

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see201

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see142

İşçiləri əmək müqaviləsiz çalışdırırmış...

04 Sentyabr 2025 11:10see137

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see137

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see135

Ölümcül xəstəliyin çarəsi

03 Sentyabr 2025 23:31see135

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see133

Övladına toy edən şəxsin evi yandı

03 Sentyabr 2025 22:57see128

ABŞ hakimiyyəti Marsa ilk astronavtları 2030 cu ildə göndərməyi planlaşdırır

05 Sentyabr 2025 01:47see126

ABŞ də matça çayının gözlənilməz fəsadı ortaya çıxdı

04 Sentyabr 2025 14:46see125

Dövlət Departamenti Fələstinin üç hüquq müdafiə təşkilatına qarşı sanksiya tətbiq edib

05 Sentyabr 2025 03:46see122

Bakı qoçusu Qafar Nağıyevin 1902 ci ilə aid mülkü

04 Sentyabr 2025 22:13see121

Kanadada bıçaqlı hücum: Bir nəfər ölüb, səkkiz nəfər...

05 Sentyabr 2025 01:25see119

Analitik Mərkəz: “İran rejimi son dəqiqələrini oynayır”

04 Sentyabr 2025 11:16see119

Sinəsi ilə penaltini qaytarandan sonra öldü

05 Sentyabr 2025 01:25see117

Fənərbaxça ya İtaliyanın keçmiş baş məşqçisi gətirilə bilər

05 Sentyabr 2025 01:16see114

Hərdən Allaha çığırmaq istəyirəm ki, mən niyə...

03 Sentyabr 2025 23:27see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri