Icma.az
close
up
RU
Azərbaycan Varşavada keçirilmiş ənənəvi beynəlxalq xeyriyyə bazarında təmsil olunub AZƏRTAC

Azərbaycan Varşavada keçirilmiş ənənəvi beynəlxalq xeyriyyə bazarında təmsil olunub AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Vyana, 9 dekabr, AZƏRTAC

Azərbaycanın Polşadakı səfirliyi ölkəmizin Polşada akkreditə edilmiş Mərkəzi Avropa Ölkələri üzrə Ticarət Nümayəndəsinin Aparatı və Polşa Azərbaycanlıları Şurası ilə birgə Polşa Respublikasının birinci xanımı Aqata Kornhauzer-Dudanın himayəsi altında “Polşada Akkreditə Olunmuş Diplomatik Missiya Rəhbərlərinin Xanımları” Assosiasiyası (SHOM) tərəfindən təşkil olunmuş 17-ci xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib. Tədbirdə Polşada akkreditə edilmiş əksər diplomatik nümayəndəliklər, bu ölkədə fəaliyyət göstərən xeyriyyə təşkilatları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə ziyarətçilərə təqdim olunmuş plov, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma, milli şirniyyatlarımızdan şəkərbura, paxlava, badambura və digər təamlar böyük marağa səbəb olub. Azərbaycan stendində ölkəmizdə istehsal olunan müxtəlif növ içkilər, şirə və kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər, çay növləri bazar ziyarətçiləri tərəfindən həvəslə alınıb.

Tədbir çərçivəsində Polşa Respublikasının birinci xanımı Aqata Kornhauzer-Duda stendimizi ziyarət edərək nümayiş olunan məhsullar ilə tanış olub.

Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti barədə məlumat verib. O, ölkəmizin zəngin mədəniyyətinin özünü ecazkar musiqidə, ritmik rəqslərdə, miniatür rəsmlərdə, əl ilə toxunmuş nəfis xalçalarda, milli mətbəximizdə büruzə verdiyini bildirib.

Səfir Azərbaycan mətbəxinin dünyanın ən zəngin və ləziz mətbəxlərindən biri olduğunu vurğulayıb. Səfir qeyd edib ki, heç şübhəsiz, plovu Azərbaycan mətbəxinin şah əsəri hesab etmək olar. Çoxlu sayda çeşidləri olan bu yemək ziyafətlərdə, bayramlarda, xüsusilə Novruz bayramında masaların “tacı” olur. Səfir zəngin milli mətbəximizin digər nümunəsi olan dolmanın 2017-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edildiyini deyib.

Daha sonra səfir milli folklorumuzun ayrılmaz hissəsi olan rəqslər haqqında danışıb. O, xüsusən “Uzundərə” rəqsi barədə məlumat verib. Səfir bu möhtəşəm rəqsin Qarabağda, Ağdamla Göytəpə arasında yerləşən Uzundərə ərazisində yarandığını, həm toylarda, həm də digər şənliklərdə çox vaxt qadınlar tərəfindən, bəzən isə cütlük şəklində ifa olunduğunu əlavə edib. Səfir rəvayətə görə, gəlin apararkən yolun dərənin içərisindən keçdiyindən və uzun olduğundan, musiqiçilərin gəlini lirik bir musiqi ilə müşayiət etdiyini və bu zaman rəqs etdiyini bildirib. N.Qurbanova dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasında “Uzundərə” rəqsinin melodiyasından istifadə etdiyini diqqətə çatdırıb.

Sonda N.Qurbanova ənənəvi Azərbaycan mətbəxinin təamlarını dadmaq və Azərbaycanda istehsal olunan müxtəlif növ məhsulları almaq üçün ziyarətçiləri stendə dəvət edib.

Xeyriyyə bazarının bədii hissəsində Polşada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin, eləcə də polyak gənclərin ifasında “Uzundərə” rəqsi və “Azərbaycan” mahnısı səsləndirilib. İfalar ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirdə ilk dəfə olaraq Azərbaycanda polyak icmasının nümayəndələrinin sənət əsərləri və əl işləri də nümayiş olunub.

Səfir N.Qurbanova tədbir çərçivəsində Polşanın “TVP3” televiziya kanalında yayımlanan populyar “Dobrego dnia” proqramına və həftəlik “Tygodnik Solidarność” qəzetinə müsahibə verərək zəngin Azərbaycan mədəniyyəti, o cümlədən UNESCO-nun Qeyri-maddi Mədəni irs Siyahısına daxil olan Azərbaycan mədəniyyət nümunələri, rəngarəng milli rəqslər, Azərbaycan stendində nümayiş olunan məhsullar barədə məlumat verib.

Qeyd edək ki, builki xeyriyyə bazarında 50 ölkə iştirak edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri