Kiyevdə küçədə insanlara atəş açıldı Ölənlər var Yenilənib
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukraynanın paytaxtı Kiyevdə naməlum şəxs tərəfindən törədilən silahlı hücum faciə ilə nəticələnib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kiyev Polisi məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər isə ağır yaralanıb. Şəhərin Qoloseyevski rayonunda qeydə alınan hadisədən dərhal sonra əraziyə polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub. Cinayətkarın tutulması üçün paytaxtda xüsusi əməliyyat rejimi elan edilib.
Ukraynanın daxili işlər naziri İqor Klimenko öz “Telegram” kanalında bildirib ki, polisin həyata keçirdiyi peşəkar əməliyyat nəticəsində insanlara atəş açan şəxs artıq zərərsizləşdirilib. Hadisə yerində araşdırmalar davam edir.
Qeyd edək ki, yerli mediada yayılan ilkin məlumatlara görə, hücumu törədən şəxs 58 yaşlı rus əsilli Dmitri Vasilyeviç Vasılçenkovdur. Onun əvvəllər Donetsk vilayətinin Baxmut şəhərində yaşadığı, sonradan isə Kiyevə köçdüyü qeyd olunur.
Faktla bağlı cinayət işi başlanılıb, hücumun motivi və silahın əldə edilmə mənbəyi araşdırılır.
***
Atışmada ağır yaralanan şəxslərdən daha biri ölüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 18 Aprel 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















