Kiyevə genişmiqyaslı hücum Yaşayış binaları vuruldu, çoxsaylı xəsarət alanlar var
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Şənbə gecəsi Kiyev şəhəri və ətraf ərazilər Rusiya ordusu tərəfindən həyata keçirilən pilotsuz uçuş aparatları və raketlərlə genişmiqyaslı hücuma məruz qalıb. Hücum nəticəsində paytaxtın bir sıra rayonlarında yaşayış binalarına zərbələr endirilib, yanğınlar baş verib və mülki şəxslər xəsarət alıblar.
Məlumata görə, Darniçki rayonunda pilotsuz uçuş aparatı 24 mərtəbəli yaşayış binasına çırpılıb. Nəticədə binanın yuxarı mərtəbələri və texniki mərtəbəsi ciddi zədələnib. Dneprovski rayonunda isə digər bir dron 18 mərtəbəli yaşayış binasına düşüb. İlkin məlumatlara əsasən, binanın beşinci mərtəbəsində dağıntılar altında bir nəfərin qala biləcəyi ehtimal olunur.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko Solomenski rayonunda yerləşən 18 mərtəbəli yataqxananın da zərər gördüyünü açıqlayıb. Bundan əlavə, hücum zamanı dronların düşməsi və qalıqlarının səpələnməsi şəhərin müxtəlif rayonlarında yanğınlara səbəb olub. Qoloseyevski rayonunda texniki xidmət məntəqəsində (STO) yanğın qeydə alınıb, Obolonski rayonunda isə pilotsuz uçuş aparatının qalıqları bağ evləri kooperativinin ərazisinə düşüb.
Darniça ərazisində, “Riviyera” yaşayış kompleksinin yaxınlığında bir neçə yaşayış binasında yanğın baş verib, Darniçki rayonda bir neçə avtomobilin yandığı bildirilir. Desnyanski rayonda dron qalıqları açıq əraziyə düşüb. Kiyev meri Vitali Kliçko, həmçinin Dneprovski rayonda pilotsuz uçuş aparatının dəmir yolu deposuna düşdüyünü açıqlayıb.
Hücumlar nəticəsində şəhərdə fövqəladə elektrik enerjisi kəsintiləri tətbiq edilib. Paytaxt rəhbərliyinin son məlumatına görə, hadisələr zamanı xəsarət alanların sayı 11 nəfərə çatıb. Onlardan 8-i xəstəxanaya yerləşdirilib. Yaralılar arasında iki uşağın olduğu bildirilir.
Rəsmi qurumlar hücumun davam etdiyini, hava hücumundan müdafiə qüvvələrinin şəhər və ətraf ərazilərdə fəaliyyət göstərdiyini bildirirlər. Fövqəladə xidmətlər dağıntıların aradan qaldırılması və yanğınların söndürülməsi istiqamətində işləri davam etdirir.
Rasim
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 Dekabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















