Kiyevə yenidən raket hücumu başlayıb
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynanın paytaxtı Kiyev səhər saatlarında Rusiyanın ballistik hücumlarına məruz qalıb.
Reyting.az Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla bildirir ki, Rusiyanın “MiQ-31K” təyyarələrinin havaya qalxması ilə əlaqədar ölkə ərazisində genişmiqyaslı hava hücumu xəbərdarlığı elan edilib.
Səmada neçə təyyarənin olduğu açıqlanmayıb. Səhər saat 7 radələrində Rusiya təyyarələri Kiyev istiqamətində raketlər atıb. Bir neçə dəqiqə sonra Kiyevdə partlayışlar baş verib.
Monitorinq kanallarının ehtimalına görə, ballistik raketlər, “Xinjal”-dan istifadə edilib.
Kiyev meri Vitali Kliçko bildirib ki, paytaxtda hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. O, Kiyev sakinlərini sığınacaqlarda qalmağa çağırıb.
Kliçko qeyd edib ki, raket qalıqlarının düşməsi nəticəsində Qoloseyevski rayonunda avtomobillər yanır.
Hadisə yerinə təcili xidmətlər göndərilib. Həmçinin, raket qalıqları Dnepr bölgəsinə də düşüb.
E. KAMAL
Baxış sayı:203
Bu xəbər 20 Dekabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















