Icma.az
close
up
RU
KKTC ni çox parlaq və güclü bir gələcək gözləyir

KKTC ni çox parlaq və güclü bir gələcək gözləyir

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tahsin Ertuğruloğlu: Heç kimin Kıbrıs türk xalqını real olmayan xəyallarla zaman itkisinə məruz qoymağa haqqı yoxdur

KKTC xarici işlər naziri Tahsin Ertuğruloğlunun BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi

-Cənab nazir, Azərbaycana yenidən xoş gəlmisiniz. Bu səfərinizin məqsədi nədir?

-Azərbaycana budəfəki səfərdə məqsəd Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında iştirak etməkdir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində QHT Platformasının yaradılması son dərəcə əhəmiyyətlidir

-Türk Dövlətləri Təşkilatında son illər müxtəlif sahələrdə ciddi təşkilatlanma gedir. Bir neçə gün öncə Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin QHT-lərinin həmrəylik forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının təsis konfransı keçirildi. QHT-lərin istənilən ölkədə dövlət siyasətinin həyata keçirilməsində xüsusi rol oynamasını nəzərə alsaq, bu addımı necə dəyərləndirirsiniz?

-İlk növbədə belə bir Platformanın yaradılmasını çox müsbət qiymətləndirirəm. Bu, son dərəcə doğru və zamanında atılmış addımdır. Qeyri-hökumət təşkilatları rəsmi qurumlar qədər, bəzən isə daha artıq şəkildə həyata keçirilən siyasətlərin icrasında mühüm rol oynayırlar. Sizin də qeyd etdiyiniz kimi, onların özəl statusu və qeyri-rəsmi yanaşmaları var və bəzən rəsmi səviyyədə mümkün olmayan bir çox məsələ məhz QHT-lər vasitəsilə reallaşdırıla bilir. Bundan başqa, dövlətlərin qəbul etdiyi qərarların mahiyyətinin xalqa çatdırılmasında, inteqrasiyanın dərinləşməsində, ictimai təmasların genişlənməsində də QHT-lərin rolu əvəzsizdir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı çərçivəsində QHT Platformasının yaradılması son dərəcə əhəmiyyətlidir. Hesab edirəm ki, bu Platforma və ümumilikdə türk dünyasının QHT-ləri inteqrasiya prosesinin dərinləşməsinə, həyata keçirilən proqramların daha geniş auditoriyaya çatdırılmasına və xalqlarımızın bir-birini daha yaxından tanımasına ciddi töhfə verəcəklər. Mən bu Platformaya həm də KKTC baxımından böyük ümidlə yanaşıram. Çünki türk dünyasında KKTC-yə dəstəyin artması vacibdir. Üzv ölkələrin KKTC ilə əlaqələri daha da dərinləşdirməsi gərəkdir və bunun mühüm hissəsi də məhz qeyri-hökumət təşkilatlarının fəaliyyətindən asılı olacaq. QHT-lər dövlətlər və xalqlar arasında körpü rolunu oynaya bilərlər.

-KKTC bu gün türk dünyasının Doğu Akdenizə açılan qapısıdır. Bu baxımdan gələcəkdə QHT Platforması çərçivəsində hər hansı tədbirin KKTC-də keçirilməsi mümkündürmü?

-Təbii ki, mümkündür. Biz belə tədbirə məmnuniyyətlə ev sahibliyi edərik. Lakin buna qədər edilməsi vacib olan müəyyən mərhələlər var: Türk Dövlətləri Təşkilatı Platforma ilə bağlı rəsmi qərar qəbul etməli, Platformanın fəaliyyəti rəsmiləşdirilməli və fəaliyyət proqramı hazırlanmalıdır. Bu proqramda KKTC-də tədbirin keçirilməsi nəzərdə tutularsa, biz bu toplantıya ev sahibliyi etməkdən böyük məmnuniyyət duyarıq. Ümumiyyətlə, təşkilat səviyyəsində belə qərar verilsə, bundan yalnız qürur duyarıq.

-Sizin həm siyasətdə fəal olduğunuz dövrdə, həm də xarici işlər naziri vəzifəsində çalışdığınız müddətdə KKTC – Azərbaycan münasibətlərinin xeyli dərinləşdiyi müşahidə olunur. Bu əlaqələrin gələcək perspektivləri barədə nə deyə bilərsiniz?

-KKTC ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri davam edir və getdikcə daha da güclənir. Amma bir vacib məqama toxunmaq istəyirəm: bəzən görülən işlərin geniş şəkildə reklam edilməsi həmin proseslərə ziyan vura bilər. Bu əməkdaşlıqdan narahat olan bəzi xarici güclər və ölkələr dərhal təzyiq mexanizmlərini işə sala bilərlər. Ona görə də sadəcə onu qeyd etmək kifayətdir ki, KKTC–Azərbaycan münasibətləri sabit və davamlı şəkildə inkişaf edir, bütün sahələri əhatə edəcək səviyyəyə çatması üçün addımlar atılır və atılmağa davam edəcək. Çünki KKTC türk dünyasının ayrılmaz parçasıdır və bu kontekstdə Azərbaycanın dəstəyi bizim üçün çox önəmlidir. Lakin dediyim kimi, bunu geniş reklam etməyə ehtiyac yoxdur. Bəzən reklam xeyirdən çox ziyan gətirir.

Onlar sadəcə bu həqiqəti qəbul etmək istəmirlər

-KKTC-də son cümhurbaşqanlığı seçkilərindən sonra Tufan Erhürmanın qələbəsi bəzi dairələrdə, o cümlədən rum və yunan tərəfdə böyük məmnuniyyət yaratmışdı. Lakin son günlər onların narazı və qəzəbli reaksiyası müşahidə edilir. Rum lider Hristodulidisin “çözüm yalnız zəmanətlərin ləğvi və Türk əsgərinin adadan çıxması ilə mümkündür” açıqlaması bir daha göstərir ki, rum tərəfinin mövqeyi dəyişmir. Bu barədə nə deyə bilərsiniz?

-Açığı, bu bizim üçün təəccüblü deyil və başqa cür olacağını da gözləmirdik. Biz uzun illərdir həm öz xalqımıza, həm də beynəlxalq ictimaiyyətə izah edirik ki, rum tərəfi türklərlə bərabərhüquqlu federal dövlət qurmaq niyyətində deyil. Onların yeganə məqsədi hegemon xalq kimi dövlət qurmaq və türkləri yenidən öz əsarəti altında saxlamaqdır.

Müsahibə zamanı

-Bəs, KKTC daxilində bu reallığı görmək istəməyən dairələr bunu niyə qəbul etmirlər?

-Bu sualın cavabı məhz budur: onlar sadəcə bu həqiqəti qəbul etmək istəmirlər. Əslində, gerçəklik göz önündədir. Rum tərəfinin nə istədiyi bəllidir və bu mövqedən geri addım atmayacaqları da bəllidir. Sadəcə, bəzi çevrələr bu reallığı qəbul etmək istəmirlər. Bu isə onların problemidir – istər qəbul etsinlər, istərsə də etməsinlər. KKTC-nin dövlətçilik siyasəti dəyişməzdir. Bu siyasət şəxslərə və partiyalara bağlı deyil və dəyişdirilməsi də mümkün deyil. Ana Vətən Türkiyənin də bu siyasətdə hər zaman yanımızda olduğu dəfələrlə bəyan olunub – Prezident Recep Tayyip Erdoğan son seçkilərdən sonra bunu bir daha açıq şəkildə vurğuladı. Əlavə olaraq qeyd edim ki, biz bu cür xəyali ssenariləri daha əvvəl də yaşamışıq – Mehmet Ali Talat və Mustafa Akıncı dövrlərində. Ümid edirəm ki, bu sonuncusu olacaq. Heç kimin Kıbrıs türk xalqını real olmayan xəyallarla zaman itkisinə məruz qoymağa haqqı yoxdur. Çox sadə bir həqiqət var: müharibəyə hazır olmadığınız zaman arzuladığınız sülhü əldə edə bilməzsiniz. Xarici siyasətdə möhkəm və prinsipial mövqe nümayiş etdirdiyiniz halda sizə hörmət göstərilir və istədiyiniz sülhü əldə edə bilirsiniz. Bunun başqa yolu yoxdur.

Hələ heç nə gec deyil – dərhal toparlanmaq lazımdır

-Son olaraq KKTC-nin daxili siyasəti barədə soruşmaq istərdim. Seçkilər bəzi reallıqları üzə çıxardı və gələn il parlament seçkilərinin keçiriləcəyi bildirilir. Bu şəraitdə Ulusal Birlik Partisinin (UBP) xalqla təmasları gücləndirməsinin vaxtı çatmayıb?

-Vaxtı çatıb yox, artıq keçib belə. Ümumiyyətlə, vəziyyətin bu hala gəlməsinə imkan verilməməli idi. Təəssüf ki, belə oldu və bunun bədəli cümhurbaşqanlığı seçkilərində ödənildi. Amma hələ heç nə gec deyil – dərhal toparlanmaq lazımdır. İlk növbədə UBP daxilində ciddi toparlanma olmalıdır. Partiya qısa müddətdə toparlanmalı, buraxılan səhvləri aradan qaldırmalıdır. Xalqın həm Ulusal Birlik Partiyasına, həm də ümumiyyətlə dövlətçiliyə və Ana Vətən Türkiyəyə sevgisini daha da gücləndirmək, xarici siyasətə sarılmaq inamını yaratmaq missiyası UBP-nin üzərinə düşür və partiya bu məsuliyyəti uğurla yerinə yetirməlidir. Əminəm ki, Ulusal Birlik Partiyası qarşıdakı vəzifələrin öhdəsindən layiqincə gələcək. Son olaraq bəlli dairələrə və güclərə demək istəyirəm ki, fəlakət ssenariləri yazmağa ehtiyac yoxdur. Əminəm ki, Ana Vətən Türkiyənin və son illər KKTC-yə hərtərəfli dəstək verən Azərbaycanın, xüsusən də Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar KKTC-nin Türk Dövlətləri Təşkilatında daha möhkəm yer almasına imkan yaradacaq. Bütün bunların fonunda isə qətiyyətlə qeyd etmək istəyirəm ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətini çox parlaq və güclü bir gələcək gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Noyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri