Icma.az
close
up
RU
Güclü iradə, aydın məqsəd, parlaq gələcək!

Güclü iradə, aydın məqsəd, parlaq gələcək!

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının IV konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov hesabat məruzəsi ilə çıxış edib. O, Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində mühüm inkişaf yolu keçərək ölkənin aparıcı və mütəşəkkil siyasi qüvvələrindən birinə çevrildiyini vurğulayıb. Qeyd olunub ki, YAP öz fəaliyyətində milli maraqların qorunmasını və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün öz tarixinin ən qüdrətli və dinamik inkişaf edən dövrlərindən birini yaşayır. Həyata keçirilən siyasət ölkənin milli maraqlarına və dövlətçilik prinsiplərinə əsaslanır. Ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkənin davamlı inkişafı və qarşıdakı hədəflərə inamla irəliləməsi üçün möhkəm zəmin yaradır.

YAP İdarə Heyətinin üzvü Rauf Əliyev diqqətə çatdırıb ki, Yeni Azərbaycan Partiyası tarixi sınaqlardan uğurla keçərək cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Partiyanın 750 mindən çox üzvünün olması partiyaya göstərilən yüksək ictimai etimadın və xalqın partiyaya olan inamının bariz göstəricisidir.

Daha sonra SOCAR “28 May” NQÇİ-nin rəisi Ramin Quliyev, Pirallahı Tibb Mərkəzi PHŞ-nin direktoru Şöhrət Söyziyev, Pirallahı Rayon Ağsaqqallar şurasının sədri Əli Kərimov və şəhid anası Çiçək Nəbiyeva çıxış edərək Yeni Azərbaycan Partiyasının xalqın və dövlətimizin taleyində mühüm rol oynadığını və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərdiyini qeyd ediblər.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov isə Yeni Azərbaycan Partiyasının VII qurultayından sonra təşkilati sahədə görülən işlər, strukturun təkmilləşdirilməsi istiqamətində atılan addımlar və qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas prioritetlər barədə məlumat verib. O qeyd edib ki, partiyanın ictimai dayaqlarının möhkəmləndirilməsi, yerli təşkilatların fəaliyyətinin səmərəli təşkili, üzvlərlə işin keyfiyyətinin yüksəldilməsi və cəmiyyətlə əlaqələrin daha effektiv qurulması ilə sıx bağlıdır.

Konfransda YAP Pirallahı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Sentyabr 2026 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see486

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see359

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see355

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see337

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see336

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see333

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see308

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see305

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see304

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see297

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see292

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see291

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see287

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see281

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see272

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see249

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see237

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see225

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see222

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri