Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Sözün işığında yaşayan insan

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Amazon kütləvi ixtisarlara hazırlaşır

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Klaudia Piççinnonun həyat cığırında

Klaudia Piççinnonun həyat cığırında

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Həyat ŞƏMİ

Şair-yazar, tarix üzrə fəlsəfə doktoru

Tanınmış italyan şairi Klaudia Piççinno... Bu ad mənim üçün yenidir. Klaudia Piççinno səksəndən artıq beynəlxalq şeir antologiyasının tərtibi və nəşrinə əmək vermiş, çoxsaylı milli və uluslararası ədəbi mükafatların münsiflər heyətində İtaliyanı ləyaqətlə təmsil etmiş olsa da, mənim üçün yeni simadır. Çünki nə sözügedən antalogiyalarda şeirlərim çıxıb, nə də onun iştirak etdiyi şeir festivallarında iştirak etmişəm. Klaudia xanımı yeni tanıdım və çox rəğbət duydum. Necə tanıdım? Eyni Uluslararsı Şeir Festivalına dəvət almışdıq ikimiz də. Festivalda iştirak edəcək şairlərin qrupunu yaratdıq və hər şey də ordan başladı. Sonra mənə Azərbaycan dilində çıxmış bir kitabının pdf-ini göndərdi. Təəccüblənmədim, dünyaca məşhur şairdir. Kitabdakı şeirləri oxumağa başladım. O qədər səmimi, içdən, şeiriyyət dolu, kövrək, dərin anlamlı, lirik-fəlsəfi poeziya nümunələri ilə qarşılaşdım ki. Ən əsası bütün şeirlərdəki lirik mənin şair Klaudianın özü olduğuna qənaət gətirdim. Şairin azad ruhu, rutinlərə qarşı dirənişi, sevgi, özünüaxtarış silsiləsi, melanxolik düşüncələr... və bütün bunlarla yanaşı, mübariz bir İNSAN obrazı gördüm. Azad, şəffaf, təmiz və zəngin ruhlu şeirlərin içində tilsimlənmiş kimi oldum.   

Klaudia Piççinnonun çap olunmuş kitabları – “Sfinks və Pierro” (“Aletti” nəşriyyatı, 2011), “Eyforiyanın budanması” bir neçə tranzitdə (“Rupe Mutevo-le” nəşriyyatı, 2012), “Tavan, başqa yerdə qısametrajlı filmlər” (ingiliscə nəşri “La Lettera Scarlatta”, may, 2014; serbcə nəşri “Tabahnha”, iyul, 2014; türkcə nəşri “Artshop”, İstanbul, 2016), “Bənövşəyi hörümçək toru” (“La Lettera Scarlatta” nəşriyyatı, 2015), “Ata adına” (2018), “Bacararammı, Luka” (Makedoniya, 2018), “Hipotetik yanaşma” (Fransa, 2018) və başqa əsərləri onu Türkiyə, Serbiya, İtaliya, Belçika, Albaniya, Fransa, İngiltərə, Şimali Makedoniya oxucularına daha yaxından tanıtmışdır. Bir də Azərbaycan dilində çıxan “Səssiz haray” (Bakı, “Zərdabi Nəşr” MMC, 2024, 64 səh.) kitabını da bu siyahıya əlavə etmək istəyirəm.

Klaudia Piççinnonun bir neçə şeiri üzərinə maraqlı poetik ekskursiya etdim. Onun poeziyasına duyduğum marağı təhlil yazısına çevirməyi qərara aldım. K.Piççinnonun şeirlərindəki misralarda güclü duyğular, hisslər, ifadələr, öz içinə dönmələr, dünya dərki, dərd sevgisi, kədər silinmələri, sevinc gözyaşları, güclü durmağa adətkarlıq və tənhalıq var. Hər şeirin duyğuları və fəlsəfəsi ayrıca bir incəliklə və zərifliklə işlənib.  Məsələn, “Mənə aid olmayan” şeiri fərdi hisslər baxımından çox sadə və anlaşılan bir dildə yazılıb. Bu şeir  aidiyyətsizlik duyğusunu və daxili axtarışı əks etdirən dərin şeirsəl-fəlsəfi əsərdir. Lirik qəhrəman özünü yaşadığı mühitə yad hiss edir. Kədər, tək qalmaq, dərin bir həsrət, ümidsiz gözləntilər şeirin əsas duyğu mövzusudur. “Sükut yığıb saxlayıram”, “sarılmayacaq qolları gözləyirəm” ifadələri poetik duyğuları gücləndirir.

Sükut yığıb saxlayıram

Qırışıq tülü

bəzəyən

muncuqlar kimi.

Bu misralarda sükutun yığılmaqla saxlanması, dəyərləndirilməsi metaforik bir dillə ifadə olunub. “Qırışıq tül” və “muncuqlar” isə daxili dünyada saxlanılan kövrək və qiymətli xatirələri, ya da inciklikləri təmsil edən nəsnədir.

Gözləyirəm Noeldə belə

mənə sarılmayacaq qolları.

Bu sətirlərdə həsrət və ümidsiz  gözləntinin şəkli yatır. Milad kimi ənənəvi bayramlarda belə lirik qəhrəman məhəbbətdən, qucaqlaşmalardan və isti sevgidən məhrum kimi görünür. Ona sarılmayacaq qolların çox uzaqda olduğunu demək istəyir, sanki.

“Niyə”ləri içində uşaqlarımın

Əllərimlə açıram yolları

Düzənlikdən o tərəfə

Dikirəm baxışlarımı,

ağır şehlə

geri dönür üstümə.

Şagirdlərinin “niyə”ləri qarşısında lirik mən ümidə doğru bir yol açmağa çalışır. Bu sətirlər, fərdi kədərə baxmayaraq, məsuliyyətdən doğan fədakarlığı əks etdirir. Şeir, lirik qəhrəmanın varoluş böhranını əks etdirir. Özünü yad hissetmə, sevgiyə olan böyük ehtiyac və bu ehtiyacın qarşılanmaması. Amma əsər ümidsiz bir notla bitmir. Son misralarda deyir:

Atəş böcəkləri gəlir

şənlik tonqallarına,

yenidən işıqlandırır,

kolluqları canlandırır.

Təsəlli, daxili gücün yenidən oyanması və ya təbiətdəki sadə gözəlliklərdə məna tapmaq cəhdini ifadə edir. Bu, aidiyyətsizlik mühitində belə yaşamağa davam etmək üçün kiçik bir səbəb axtarmaq və o səbəblə bəxtəvər olmaqdır.  

Daha bir “Var olduğunu bilirəm” adlı şeir varlıq-yoxluq dilemması, qismətin qəbulu, rasional və emosional mübarizə və ümidsizliyin qaçılmazlığı mövzularını ələ alan lirik və fəlsəfi bir əsərdir. Şeirin əsas hədəfi olan naməlum bir varlığın (bir şəxs, bir duyğu, bir həqiqət) mövcudluğu vurğulanır.

Bizə deyilmədi

Nədən hər görüşün bir səbəbi olduğu.

Bizə deyilmədi

Nədən fırtınanın adi gündə

bizi eyni sığınağa qovduğu.

Misralarda hadisələrin qaçılmaz və gizli səbəbləri dilə gətirilir. Şair, həyatdakı qarşılaşmaların və çətinliklərin (fırtınanın) nə üçün baş verdiyini bilmədiklərini, lakin bu hadisələrin onları eyni nəticəyə (sığınağa) apardığını qeyd edir. Bu, insanın tale qarşısında çarəsizliyini və ya susqunluğunu vurğulayır.

Rədd elədim qeyri-adi hissləri,

Sorğuladım özümü,

amma sənin düşüncən

geri döndü ara-sıra.

Şair, bu sətirlərdə rasional düşüncə ilə hissləri rədd etməyə çalışır. O, özünü sorğulamaqla daxili sülhü, hüzuru tapmaq istəyir. Lakin başlıqda qeyd olunmuş “var olan” şeyin (bu, sənin düşüncən də ola bilər) təsiri güclüdür və aradan bir müddət keçsə də, geri qayıdır. Bu, ağılın emosiya üzərində qələbə çalmasının qeyri-mümkünlüyünü göstərir.

Bilirəm ki, etik diafraqma var,

bizi belə təcrid edir

parlaq zəka içində.

“Etik diafraqma” güclü bir metaforadır. Bu, şairi digərlərindən ayıran, bəlkə də öz yüksək zəkası və ya mənəvi dəyərləri səbəbiylə yaradılmış soyuq, rasional bir sərhəddir. Şair bir zəka daxilində tək qalır, başqaları ilə tam əlaqə qura bilmir.

Və köhnə məyusluq üçün

əzab çəkir yenə ruh...

Bu nazik membran üçün

Mürəkkəbimi susdurdum,

Amma zorba, yıxıcı güclə

geri qayıdır,

laqeydlikdən öncə əkilən ümid bizi

qaranlığa sovurur.

“Köhnə məyusluq” keçmişdə yaşayan ümidsizliklərin təkrarlanan ağrısını bildirir. “Mürəkkəbimi susdurdum” - yazmağı, söyləməyi, danışmağı, ifadə etməyi buraxdım anlamına gəlir. Şair bir həssaslıq, nazik membran naminə özünü ifadə etməyi dayandırır. Amma bu boğulmuş hisslər və ya qayıdan fikir “zorba, yıxıcı güclə” geri dönür. Şeir faciəvi bir nəticə ilə bitir. Həmin “var olan ” şeyə qarşı son müqavimət olan laqeydlik və biganəlik sınağından əvvəlki “ümid” adlı anlayışdan bəhs edir. Təəssüf ki, bu ümid, şairi qurtarmaq əvəzinə onu daha da dərin qaranlığa, mənəvi çöküşə aparır. Bu ümidin bəzən ən böyük ağrı mənbəyi olduğunu vurğulayan acı bir finaldır.

“Mən şüşəyəm” və ya “Mən aynayam” şeirinin mərkəzində mən obrazı dayanır. Şüşə və ya ayna həm şəffafflığı, həm də kövrəkliyi ilə tanınan bir materialdır. Bu metafora, şairin açıqsözlülüyünü, dürüstlüyünü, eyni zamanda həssasslığını ifadə edir. Şair özünü cari şəraitdən, adiləşmiş həyatdan və ritorik  düşüncələrdən kənarda görür. Bu, rutinə qarşı etiraz və fərdiyyətə, özünə qapanmaya və rasional düşünməyə canatma hissini təcəssüm etdirir.

Mən ehtiyatlı olmağın ötəsində,

Ötəsindəyəm sükutun,

Bütün avtomatlaşmanın ötəsində,

Bu səhnələr ötəsində

günlük iş rejimində.

Mən başqayam,

öyünənlərin

bir işi görməyi

varolma öhdəliyitək.

Şairin daxili məni özünü ehtiyatlı, susqun, məhdudiyyət qoyan anlayışların ötəsində, uzağında görür. “Mən başqayam” bu cümlə fərdiyyətin və özünəməxsusluğun manifestidir. O, özünün ruhən günlük iş rejimindən kənarda olduğunu bildirir.

Oxuduğum kitablarda,

yazdığım mısralardayam.

Tələbəmin ehtiyatsız cəsarəti,

Çılğın söhbətlərindəyəm.

Mən oğluma ayırdığım dönəmdəyəm.

Şair bu sətirlərdə fərqli rollardadır. Oyunların, oxuduğu kitabların, yazdığı misraların, tələbəsinin, oğlunun həyatında mövcuddur. Bu, onun fəaliyyətinin müxtəlif sahələrdəki aktiv və düşünülmüş iştirakını göstərir. “Tələbəmin ehtiyatsız cəsarəti” və “Mən oğluma ayırdığım dönəmdəyəm” misraları onun həyatdakı təhsil, miras və sevgi kimi dəyərlərə nə qədər önəm verdiyinə işarədir. 

Tör-töküntüləri görməmək üçün

başqa yerdə olacağam,

Azadlığın həmişə rədd edildiyi

İti bucaqlardan uzaq...

“Tör-töküntüləri görməmək üçün başqa yerdə olacağam” – misraları mənəvi çirklənmədən, xaosdan və əhəmiyyətsiz şeylərdən uzaqlaşma , təmiz və yüksək dəyərlərə sığınma arzusunu ifadə edir. “Azadlığın həmişə rədd edildiyi İti bucaqlardan uzaq...” sətirləri cəmiyyətdəki məhdudiyyətləri, sərt qanunları və ya azadlığı boğan kənar təsirləri simvolizə edir. Şair bu məhdudiyyətlərdən uzaq durmağa çalışır.

Mən şüşəyəm,

sən özünü məndə əks etdirirsən

və nə düşündüyümü bilirsən.

“Mən şüşəyəm, sən özünü məndə əks etdirirsən” şairin şəffaflığı və dürüstlüyü sayəsində başqalarının da özünü onda görə bilməsini bəyan edir. Şairin bir ayna funksiyasını yerinə yetirməsi kimi səslənir bu şeir.

“Mən başqayam, ötədəyəm, mən bir özgə yerdəyəm” misrasıyla şeir başlanğıcdakı mövqeyin təsdiqi və fərqlilik hissi ilə sona çatır.

Bu şeir, cəmiyyətdəki qaydalara və rutinlərə qarşı çıxan, özünü daim axtaran və daxili mənəvi təmizliyində qalan, buna can atan bir fərdin səsidir. Şüşə metaforası vasitəsilə şair həm fərdin özünün şəffaflığını, həm də dünyanın qeyri-müəyyənlikləri qarşısında nə qədər həssas olduğunu ustalıqla çatdırır. Şeirin ifadə tərzi lakonik, öz fikrinə köklənmiş və daxili monoloq şəklindədir.

Klaudia Piççinnonun “Həyat cığırında” şeiri isə olduqca güclü və simvolik məna daşıyan bir qadın obrazı yaradır. Bu lirik mən, məncə, Klaudianın özüdür. “Həyat cığırında” şeiri, fərdi mübarizəni, dözümlülüyü və ictimai normalara qarşı çıxan bir qadının daxili gücünü tərənnüm edir. “Həyat cığırında, uçurumla dar yolun arasında” sətirləri o qadının həyatının riskli, qeyri-müəyyənliklər və çətinliklər arasında keçdiyini göstərir. Onun hər addımı bir seçim və ya məhv olmaq təhlükəsi altındadır. Vuilyam Şekspirin “Olum, ya ölüm” prinsipinə bənzər bir hekayə danışır bu şeir.

İz qoymadan

Atdı addımlarını qadın.

Barmaqlarının ucunda yeridi

Səs çıxartmadan.

Bu şeirin lirik məni gizli, ehtiyatlı və görünməz mübarizə içindədir. O, diqqəti cəlb etmədən, dayanmadan irəliləyir. Bu, cəmiyyətdə qadınlara tətbiq edilən  səssizlik və məhdudiyyətlərin simvolu ola bilər.

Kiçik burjua sıxıntısının

Panzəhəri.

Ona güc verən bir səs

Başdan bəri üsyankar...

Bu misralar lirik mənin güc mənbəyini göstərir. O, bu sıxıcı və kiçik çərçivəyə salınmış həyat tərzinə qarşı çıxan daxili bir səsin özüdür. Bu səs onun şəxsiyyətinin təməlidir. Və mövcud vəziyyətlə barışmamağın ifadəsidir. Axına qarşı üzənlərin şeiridir bu şeir.

Var olduğu durumun hər sınağına qarşı.

Ayinlərin səsiydi

Qulağında susmayan.

Çoxuna görə sərsəm,

Belzebut kimi,

Həzmi bir az çətin.

Və qəlbini borc verəndə

Silinməyən ayaq izləri qalır

Addımlarının.

“Çoxuna görə sərsəm, Belzebut kimi” misralarıyla cəmiyyətin onun davranışlarını yəni səssiz üsyanını  və qeyri-adi yolunu “dəlilik” və ya hətta “şeytani” bir şey kimi (Belzebut şeytan) qiymətləndirir. Bu, onun cəmiyyətdə anlaşılmadığını və kənarlaşdırıldığını vurğulayan sətirlərdir. “Və qəlbini borc verəndə...” lirik qadın özünə güvənib irəliləyəndə əvvəlki izsizlik başa çatır. Və beləcə arxasında silinməyən bir iz, miras və ya əsər qoyur. Onun mübarizəsi artıq gizli deyil, gələcək nəsillərə və ya cəmiyyətə bir örnək kimi qalır.

Klaudianın bütün şeirlərinin arxasında böyük bir daxili üsyan və çevrədəkilərə müqavimət gücü dayanır. Onun şeirlərinin ruhunda cəmiyyətin gözləntilərinə qarşı çıxan və öz yolunu seçən bir qadın obrazı var. Bu obraz onun özüdür. Zərif olduğu qədər də, ehtiyatlı hərəkət edən bir qadının böyük daxili gücü və mənəvi aləmi açılır oxucunun gözləri önündə. Klaudia Piççinnonun şeirləri güclü və emosional bir qüvvəyə sahibdir. Onu oxuyanlara sevdirən də bu xüsusiyyətlərdir, dəmir iradə və həssas qəlb. Güclüylə zərifin, cəsurla fədakarın sintezidir Klaudianın şeirləri.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Oktyabr 2025 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see253

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see234

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see200

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see169

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see154

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see154

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see150

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see147

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see147

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see142

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see136

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see131

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see130

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see127

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see125

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see124

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see123

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see122

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see118

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri