Icma.az
close
up
RU
Həyat fəlsəfəsinin tərcümanı

Həyat fəlsəfəsinin tərcümanı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Ziyəddin Göyüşov – 105

Fəlsəfə elmləri doktoru, professor, Elmlər Akademiyasının müxbir üzvü Ziyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış alim kimi yaddaşlarda yaşayır. O, zəngin elmi irsi ilə bərabər, ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında da fəal iştirak etmiş ziyalılarımızdan olub.

Əslən qarabağlı olan Ziyəddin Göyüşov 1920-ci ilin may ayının 20-də Ağdam rayonunun Boyəhmədli kəndində dünyaya göz açıb. Ağdam Pedaqoji Texnikumunu bitirib doğma kənddə müəllimlik edib, sonra İkinci Dünya müharibəsinə yollanıb, yaralanıb və tərxis edilib. Müharibədən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin nəzdindəki fəlsəfə şöbəsinə daxil olub və 1950-ci ildə oranı bitirib. Ardınca Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında oxuyub. Bütün ömrünü elmə həsr edib.

Ziyəddin Göyüşovun başlıca məramı qədim tarixi və mədəniyyəti olan Azərbaycanda əxlaqi ənənələri, etik baxışların inkişaf mərhələlərini sistemli şəkildə öyrənib tədqiq etmək idi.

Bütün yaradıcılığının ana xəttini özünüdərk təşkil edən Ziyəddin Göyüşov “Azərbaycan maarifçilərinin etik görüşləri”, “Müasir burjua əxlaqının iflası”, “XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri”, “Əxlaqi sərvətlər”, “XIX – XX əsrlərdə Azərbaycanda etik fikir”, “Həzz və iztirab”, “Fəzilət və qəbahət”, “Daxilə pəncərə” və s. kimi sanballı fəlsəfi-etik əsərləri ilə dəyərli irs qoyub getmişdir.

150 il əvvəl “Əkinçi”nin nəşrə başlaması ilə dövri mətbuatımızın əsası qoyulub. Böyük maarifçi demokrat, təbiətşünas, ictimai xadim Həsən bəy Zərdabinin yaratdığı, Azərbaycan fikir tarixində mühüm yer tutan ilk milli qəzetimiz millətin dirçəlişini özünə yenilməz bayraq etmiş olsa da, müəyyən tədqiqatlar nəzərə alınmasa, Zərdabi irsi geniş şərh edilməmişdi. Doğrudur, Əziz Mirəhmədov, Abbas Zamanov, Mirəli Axundov, Cəfər Cəfərov, Şıxəli Qurbanov kimi milli düşüncəli ziyalıların Zərdabi və başqaları haqqında ciddi tədqiqat işləri olub. Amma uzun illər onun yazdığı əsərlər, məqalələr qəzet və jurnalların saralmış vərəqlərində qalmışdı. Bu ideya sərvətini toplu halda xalqa çatdırmaq kimi mühüm vəzifəni öz üzərinə götürənlərdən biri məhz filosof Ziyəddin Göyüşov idi.

O, Həsən bəyin rus və Azərbaycan mətbuatı səhifələrindəki elmi-kütləvi əsərlərini toplayaraq iki kitab halında çap etdirib. Bu əsərlərdə XIX əsrin 2-ci yarısı və XX əsrin əvvəlində Azərbaycanın ictimai siyasi mühiti, xalq kütlələrinin həyat tərzi geniş işıqlandırılıb. Hər iki kitaba tərtibatçının daxil ediyi müqəddimə, qeydlər və lüğət əlavə vəsait kimi əhəmiyyətlidir.

Ziyəddin Göyüşovun “H.B.Zərdabinin dünyagörüşü” əsəri zərdabişünaslıq elminə qiymətli töhfədir. Filosof alimin zəhməti sayəsində Həsən bəyin irsindən “Dil və din”, “İttihadi-lisan” məqalələri kimi üzə çıxarılan çox əsərlərini misal gətirmək olar. Kitabın məziyyətlərindən biri də Zərdabi haqqında zəngin arxiv sənədlərindən, qəzet və jurnal məqalələrindən yaradıcı istifadə edilməsidir.

Onu da deyək ki, Ziyəddin Göyüşov, Abbas Zamanov və Murəli Axundov Zərdabinin nəşinin tapılıb Fəxri xiyabana köçürülməsi, məzarının abadlaşdırılması və büstünün qoyulması üçün də zəhmət sərf ediblər. Həmkarım, Əməkdar jurnalist Tahir Aydınoğlu yazır ki, onlar 30-cu illərdə Zərdabi ailəsinin də repressiyalara düçar edildiyinə görə incik düşmüş qızı Qəribsoltan xanımı birtəhər yola gətirərək məzarın yerini öyrəniblər...

Dolğun elmi yaradıcılığı bu gün də fikir adamlarının karına gələn maarifçi filosof 1982-ci ildə Bakıda dünyasını dəyişib. 62 illik ömründə həyat fəlsəfəsi səhifələrini diqqətlə araşdırmış Ziyəddin Göyüşovun əsərləri elmi fikir tarixində sanballı təhlilləri ilə ümumoxucu kütləsinin maraq mərkəzində qalmaqdadır.

Ə.ƏLİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri