Klintonnarı Konqresə gəlmədiklərinə görə məsuliyyət gözləyir
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsi sabiq prezident Bill Klinton və keçmiş dövlət katibi Hillari Klintonun qanunverici orqana hörmətsizlik maddəsi üzrə məsuliyyətə cəlb edilməsi barədə qərarı təsdiqləyib. AzPost xəbər verir ki, buna səbəb onların maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı aparılan araşdırma çərçivəsində göndərilmiş məhkəmə çağırışlarına tabe olmamalarıdır. Epşteyn yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş cinayətlərdə ittiham olunurdu.
Eyni zamanda komitə demokratlar tərəfindən irəli sürülən və bu işə dair materialların açıqlanmasında gecikməyə görə baş prokuror Pəm Bondiyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan düzəlişi rədd edib.
Qeyd olunur ki, ABŞ-da Konqresə hörmətsizlik mexanizmi olduqca nadir hallarda tətbiq edilir. Bu maddə üzrə maksimum cəza bir ilədək azadlıqdan məhrumetmə və 100 min dollaradək cərimə nəzərdə tutur.
Sanksiyaların qüvvəyə minməsi üçün komitənin qərarı Nümayəndələr Palatasının plenar iclasında dəstəklənməlidir. Bundan sonra sənəd Ədliyyə Nazirliyinə göndəriləcək və mümkün cinayət işinin başlanması məsələsinə baxılacaq.
Paylaş
Baxış sayı:75
Bu xəbər 22 Yanvar 2026 08:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















