Icma.az
close
up
RU
QƏRB DÜNYASI PARÇALANDI: Tramp geri addım atdı, Avropa isə Daha gecdir, xoşbəxt vəssal olmaq istəmirik mesajını verir

QƏRB DÜNYASI PARÇALANDI: Tramp geri addım atdı, Avropa isə Daha gecdir, xoşbəxt vəssal olmaq istəmirik mesajını verir

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ lideri Donald Trampın Qrenlandiyaya iddia etməsi Qərb dünyasını parçalayıb. Artıq ABŞ-la vropadakı mütəffiqləri arasında etimad cidd şəkildə zədələnib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məsələ Davosda Trampın iştriak etdiyi panel iclasında əsas müzakirə mövzusu olub.

Artıq Avropadakı müttəfiq ölkələrin bir-birlərinə "köhnə nizam geri dönməyəcək. Artıq birləşərək Avropanın təhlükəsizliyini özümüz təmin etməliyik" tipli mesajlarına münasibət bildirən Donald Tramp Dünya İqtisadi Forumunda geri addım atıb. O, Avropadakı müttəfiqlərini narahat edən, hətta ABŞ-la ticarət anlaşmasını təsdiqdən belə imtinaya aparan davranışa cavab olaraq bildirib ki, Qrenlandiyaya güc tətbiq etməyəcək. 

Lakin Trampın çıxışı zamanı dəfələrlə Qrenlandiyanı fərqli bir ölkə olan "İslandiya" adlandırması da yeni müzakirələr yaradıb: "Mən gücdən istifadə etməyəcəyəm. Avropa xalqları kimi, tariximiz boyunca qazandığımız bir çox başqa yerlər kimi, mən də bu yeri dəyərini ödəməklə almaq istəyirəm".

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen isə Trampın çıxışından bir neçə saat artıqşox şeyin gec olduğunu və ABŞ-ın hazırkı mövqeyi ilə beynəlxalq nizamdakı dəyişikliyin daimi və dağıdıcı olduğunu bəyan edib: "İndi iqtisadi, hərbi, texnoloji və ya geosiyasi güclə müəyyən edilmiş bir dünyada yaşayırıq. Çoxumuz bəyənməsək belə, bu dünyanı olduğu kimi qəbul etməliyik."

Kanadanın Baş naziri Mark Karni də Davosda tarixi bir çıxış edərək geosiyasi mənzərəni "keçid" deyil, "partlama" kimi təsvir edib. Karni Trampı nəzərdə tutaraq bildirib ki, böyük güclər iqtisadi inteqrasiyanı silah, tariflər və təchizat zəncirlərini istismar etməklə, öz xeyirlərinə çəkməyə can atır. Bu isə beynəlxalq hüquq sistemini çökdürüb: "Bu geridönməz proses artıq yeni ayrışama və ittifaqların vacibliyini önə çıxarıb...".

Belçikanın Baş naziri Bart De Vever ABŞ prezidentinə qarşı Avropanın səbrinin tükəndiyini deyib: "İndiyə qədər yeni prezidenti razı salmağa çalışdıq. Amma o qədər qırmızı xətlər keçilib ki, özünə hörməti seçməlisən. Xoşbəxt vassal olmaqdansa, bədbəxt kölə olmaq isə olmaq daha yaxşıdır"

Xatırladaq ki, ABŞ və Avropa dünyanın ən yaxın iqtisadi və hərbi əlaqələrinə malikdir və ikitərəfli ticarət həcmi 1,9 trilyon dollardır. Lakin Trampın Qrenlandiyanı ilhaq etmək cəhdlərindənn sonra tərəflər arasında gərginlik pik həddə çatıb. İş o yerə çatıb ki, Avropa və ABŞ daha əvvəlki kimi Rusiya və Çini müzakirə etmirlər, bir-birlərindən necə qorunmağı əsas vəzifə sayırlar. Bu kontekstdə hətta NATO-nunn dağılma ehtimalı da gündəmə gəlib. 

F.Əhməd

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://mia.az
archiveBu xəbər 22 Yanvar 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri