Klopp niyə Red Bullun təklifini seçdi?
Icma.az bildirir, Qol.az portalına istinadən.
"Liverpul"un sabiq baş məşqçisi Yurgen Kloppun agenti Mark Kositske mütəxəssisin "Red Bull" sisteminə keçidindən danışıb.
QOL.az "Bild" nəşrinə istinadən xəbər verir ki, o deyib: "Həmişə bilirdik ki, bəzi insanların xoşuna gəlməyəcəyik. Klopp özü demişkən: əgər hər gün hamının xoşuna gəlməyə çalışsan, hər gün uğursuzluq yaşayacaqsan.
Yurgen 25 il meydanda çalışdıqdan sonra özünə uyğun iş tapmalı idi. Bu vəzifə isə idman sahəsində böyük və beynəlxalq səviyyəyə malikdir. Bu iş o qədər öhdəliklər verir ki, adam sözsüz qalır. Ona görə biz qərar verdik ki, bu, hər bir şeyə dəyər".
Xatırladaq ki, Yurgen Klopp "Red Bull" şirkətinin "Leyptsiq", "Zalsburq", "Nyu York Red Bulls" və digər komandalarının inkişaf strategiyasına cavabdeh olacaq. Klopp 2025-ci il yanvarın 1-də işə başlayacaq. 57 yaşlı mütəxəssisin bu qərar bir sıra alman azarkeşlərinin tənqidinə səbəb olub.
Baxış sayı:116
Bu xəbər 11 Dekabr 2024 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















